Şahbuzun icra başçısına şok ittiham - Nurəddin Quliyev kimi dəlixanayla hədələyib?

img

04-06-2014 [17:34]


Naxçıvanda vətəndaşların mülkiyyət hüquqları kobudcasına pozulmaqdadır.

 

Bu barədə Mia.az-a məlumat verən Naxçıvan sakinlərindən biri deyib ki, hazırda Naxçıvanda rəhbərlik başqa qanunsuzluğa əl atıb.

 

«Hazırda Babək rayonundan Batabat yaylağına qədər 150 kilometr məsafədə (orada faktiki enli şosse yol var) asfalt yol çəkirlər. Elə əhalinin qara günləri də bu yoldan başlayıb. Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyevin rəhbərliyi ilə ağır texnika camaatın əkin və həyətyanı sahələrini, evlərini bir manat konpensassiya ödəmədən sökürlər».

 

Haqsızlığa etiraz edən və məlum səbəbdən adının çəkilməsini istəməyən Şahbuz sakini deyir ki, etiraz edən, təzminat tələb edənləri ya tuturlar, ya da dəlixanaya aparırlar.

 

Yeri gəlmişkən, xatırladaq ki, bir neçə il öncə icra başçısı Nurəddin Quliyevin bütün varidatının əlindən alındığını haqda mətbuat xəbər yayılmışdı.


Bildirilirdi ki, Naxçıvan «xan»ı «anti-korrupsiya» tədbirləri çərçivəsində «yoxlamalara» başlayıb və Vasif Talıbovun qəzəbinə tuş gələnlərdən biri də Şahbuz rayon Icra Hakimiyyətinin başçısı Nurəddin Quliyev olub. 


Hətta iddia olunurdu ki, Quliyevin sahib olduğu əmlakı da müsadirə olunub: 


«Nurəddin Quliyev icra başçısı olmaqla yanaşı, həm də iri sahibkardır. Onun rayonda saya gəlməyəcək qədər iri buynuzlu mal-qaraları var. Talıbovun əmri ilə Quliyevin heyvanlarının qaldığı bütün yataqlar darmadağın edilib. Heyvanlar isə damğalanaraq dövlətin balansına verilib. Aldığımız məlumata görə, Nurəddin Quliyevin icra başçısı postunda qalıb-qalmamaq məsələsi də müzakirə olunur. Bundan başqa, Nurəddin Quliyevin qardaşı Hüsaməddin Quliyev Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin rəhbəri işləyir. Artıq Talıbovun əmri ilə həmin şöbədə də maliyyə yoxlamalarına başlanılıb. Bir neçə gün əvvəl aparılan yoxlamalar zamanı 330 min manat dəyərində yeyinti aşkarlanıb. Hüsaməddin Quliyev rayon polis şöbəsinə aparılıb. Orada iki gün saxlanıldıqdan sonra azad edilib».

 

Görünür ki, başçı itirdiklərini qaytara bilmədiyi üçün indi camaatın əmlakları üçün nəzərdə tutulan kompensasiyaları da mənimsəmək niyyətindədir…


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA