Ərəfata rəqib və ya İsrailin yaratdığı HƏMAS... - "Taliban"la fərqi varmı?
13-10-2023 [20:34]
Yasir Ərəfat hələ sağ ikən Fələstin üçün, bütövlükdə isə Ərəb Dünyası üçün əfsanəvi liderə çevrilmişdir. İsrail onu aradan götürmək, ən azı zəiflətmək məqsədi ilə HƏMAS-ı yaratdı. HƏMAS-ın məhz İsrail tərəfindən dizayn olunması Yasir Ərəfata məlum idi. O, dəfələrlə vurğulayıb ki, HƏMAS-ı FAT-ı məhv etmək, məni isə nüfuzdan salmaq üçün kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrailin xüsusi xidmət orqanı Mossad (1949) ərsəyə gətirib.
HƏMAS-ın qəfil başladığı xüsusi qəddarlığı ilə seçilən bu əməliyyat haqqında Qərb mətbuatı yazır ki, son 50 ildə İsrail bu miqyasda hücuma məruz qalmamışdı. Əlbəttə, "Əqsa tufanı" əməliyyatı fonunda bu təşkilatın İsrail tərəfindən yaradılması fikri təəccüblü görünə bilər. Bu iddianı inanılmaz hesab edənlər də tapılacaq. Ancaq tarixdə belə şeylər çox olub. Məsələn, Talibanı ABŞ SSRİ-ni Əfqanıstandan qovmaq üçün yaratmışdı. Düzdür, Taliban rəsmən 1994-cü ildə yaranıb. Məhəmməd Nəcibulla Əfqanıstanda öz rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə SSRİ qoşunlarını yeritdi. Ona qarşı müqavimət göstərən islamçılar Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti (1981–1989) Ronald Reyqan 1985-ci ildə Ağ Evdə əfqanıstanlı mücahidləri qəbul edib. Həmin qəbulla bağlı fotolar indi də İnternetdə dolaşır. Talibanın gələcək liderləri də onların arasında idi. Ancaq o da sirr deyil ki, 1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibəyə islamçılar ciddi müqavimət göstərdi. 10 ildən çox çəkən bu müharibə SSRİ-nin çökməsinin əsas səbəblərindən biri kimi tarixə keçdi.
Əl-Qaidənin əfsanə lideri Üsamə bin Laden 2001-ci ilin 11 sentyabrında Amerikada geniş miqyaslı və serial xarakterli terror hücumları həyata keçirdi. Amerika terror qarşı müharibə elan etdi. Əfqanıstanda gizlənən Üsamə bin Ladeni Amerikaya təhvil verməkdən imtina edən Taliban ABŞ-ın amansız düşməninə çevrildi. Prezident Corc Buş (oğul. 2001-2009) Əfqanıstana qoşun yeritdi və 20 il ərzində Amerika və müttəfiqləri Əfqanıstanda Talibana qarşı vuruşdu...
Dünyəvi PAT və islamçı Həmas arasında toqquşmalar Qəzzada adi hala çevrilmişdi. Fələstinin daxilində silahlı qarşıdurma görmək arzusunda olan İsrail üçün bu, məmnunluq mənbəyi kimi bir şey idi. O vaxt Qəzzada hərbi kəşfiyyat zabiti olan general Şalom Harari deyir ki, Qəzzadan çıxan yolda nəzarət-buraxılış məntəqəsində xidmət edən İsrail əsgərləri mənə zəng vurdu. Onlar FAT-a qarşı döyüşə qatılmaq istəyən islamçı fəalları daşıyan avtobusu saxlamışdı. Salom Harari xatırlayır: “Mən dedim: “Bir-birlərini yandırmaq istəyirlərsə, lap yaxşı, onları buraxın”. O dövrdə İsrail hərbi düşüncəsi belə hesab edirdi ki, islamçılar və sosialistlər (FAT həm də solçu qüvvə kimi tanınırdı) bir-birləri ilə döyüşməyə davam etsələr, çox yaxşı olar, çünki bu, onların diqqətini İsraillə mübarizədən yayındıra bilər.
1980-ci illərin əvvəllərində İsrailin Qəzzada hərbi qubernatoru olmuş briqada generalı Yitzhak Segev “New York Times”ın müxbirinə deyib ki, o, şəxsən islamçı HƏMAS-ı dünyəvi və solçu FAT-a qarşı güclənməsi üçün maliyyə dəstəyi ayırıb. General Segev hətta İsrail vergi ödəyicilərinin pulu ilə HƏMAS-ı maliyyələşdirdiyini etiraf edib. Onu da bildirib ki, sonralar HƏMAS onları maliyyələşdirən yəhudi vergi ödəyicilərini öldürməyə başladı...
HƏMAS-ın yaradılmasına kömək edən İsrail rəsmilərinin peşmançılığı digər sənədlərdə də öz əksini tapır. Məsələn, 1970 və 1980-ci illərdə Qəzzada dini məsələlərlə məşğul olan İsrail rəsmisi olan Tunis əsilli yəhudi Avner Koen “Mən çox təəssüf edirəm ki, HƏMAS İsrailin məhsulu olaraq ortaya çıxdı”. O, islamçı hərəkatın formalaşdığını, dünyəvi Fələstin rəqiblərini bir kənara atdığını və sonra indiki HƏMAS - indi İsraili məhv etməyə çağıran silahlı qruplaşmaya çevrildiyini dilə gətirib. Koen iddia edib ki, “İsrail əvvəldən Qəzza islamçılarını cilovlamağa çalışmaq əvəzinə, illər boyu dözümlü davrandı və bəzi hallarda onları Fələstin Azadlıq Təşkilatının dünyəvi millətçilərinə və onun dominant fraksiya olan Yasir Ərəfatın Fəthinə qarşı tərəf qismində dəstək verdi. İsrail Şeyx Əhməd Yasin adlı şikəst, yarı kor bir din xadimi ilə əməkdaşlıq etdi, o, isə HƏMAS-a çevriləcək təşkilatın təməlini qoydu”. Bu o deməkdirmi ki, HƏMAS Qəzzada möhkəmlənmək və daha sonra İsraillə qarşı-qarşıya gəlmək üçün özünü xeyriyyə təşkilatı kimi qələmə verməklə İsrail kəşfiyyat xidmətinin hiyləgərliklə aldadacaq səviyyədə ağıllı idi?
1967-ci ilin iyunundan 2005-ci ilə qədər Qəzza İsrail ordusu tərəfindən idarə olunub. 2005-ci ildə İsrail Qəzzanı tərk etdi, lakin 2007-ci ildə HƏMAS Fələstin anklavına nəzarəti ələ keçirdikdən sonra bu ərazini qurudan, havadan və dənizdən blokadaya aldı. İsrailin HƏMAS-ın yaradılmasına necə kömək etdiyini 1980-ci illərdə Qəzzada işləmiş İsrail rəsmisi Endryu Hiqqins nəql edir. 2009-cu ildə “The Wall Street Journal”-a verdiyi müsahibədə o, deyib: “Hadisələr zəncirinə baxanda düşünürəm ki, biz səhv etmişik, lakin o vaxt heç kim mümkün nəticələr barədə düşünmürdü. İsrailin Qəzzadakı hərbi rəhbərliyi geniş məktəb, klinika, kitabxana və uşaq bağçaları şəbəkəsi yaradan şikəst ruhaniyə müsbət baxırdı. Şeyx Yasin İsrail tərəfindən rəsmi olaraq xeyriyyə təşkilatı, sonra isə 1979-cu ildə dərnək kimi tanınan “Mucama əl-İslamiyyə” islamçı qrupunu yaratdı. İsrail də hazırda silahlıların yuvası hesab etdiyi Qəzza İslam Universitetinin yaradılmasını dəstəkləyib. Universitet 2008-2009 əməliyyatında İsrail döyüş təyyarələrinin vurduğu ilk hədəflərdən biri olub...
HƏMAS obrazlı desək İsrailin Talibanı oldu. İsrail 1984-cü ildə gizli silah anbarlarının tapılmasından sonra Yasini 12 il həbs cəzasına məhkum etdi, lakin bir ildən sonra o, azadlığa çıxdı”. 2004-cü ilin mart və aprel aylarında HƏMAS-ın dini lideri Şeyx Əhməd Yasin və onun varisi Əbdül Əziz əl-Rantisi İsrailin Qəzza zolağına raket hücumları nəticəsində öldürüldü.
Və elə o vaxtdan da HƏMAS getdikcə radikallaşdı...
Fələstində qeyri-müsəlmanlar varmı? Var. Ancaq onların sayı çox azdır. 4.6 milyon fələstinlinin yalnız 50 mini xristiandır. Bu isə ümumi əhalinin heç 1 faizi eləmir. Orasını da qeyd edim ki, Yasir Ərəfatın 1994-ci ildə öz müşaviri 28 yaşlı pravoslav qadın Suha Tavillə evlənmişdir. Ərindən 35 yaş kiçik olan Suha Tavil İslam dinini qəbul etmişdi...
1990-cı illərin əvvəllərindən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS-ı maliyyələşdirir, təlim verir və silahlandırır. HƏMAS elə o vaxtdan Tehranda öz rəsmi nümayəndəliyini açıb.
2012-2017-ci illərdə isə İran HƏMAS-a yardımını bütüm istiqamətlərdə dayandırdı. Çünki HƏMAS Suriyada gedən vətəndaş müharibəsində Bəşər Əsəd rejiminə dəstək verməkdən imtina etdi. Qeyd edim ki, HƏMAS sünni islamçı təşkilatdır. İran isə Suriyada şiələrin (ələvi) marağından çıxış edirdi. HƏMAS Suriya əhalisinin 80 faizini təşkil edən sünnilərə qarşı döyüşməkdən imtina etdi.
2017-ci ildə HƏMAS bəyan edib ki, “İranla münasibətlər, sadəcə, əladır” və “İran sadiq müttəfiqdir”. Elə o vaxtdan Qərb mətbuatında İranın HƏMAS və “İslami Cihadı”na hər il 100 milyon dollardan çox yardım etdiyi barədə xəbərlər yayıldı.
Yeri gəlmişkən, HƏMAS-ın Rusiya ilə də yaxşı münasibətləri var. Belə ki, HƏMAS Rusiya-Ukrayna müharibəsində rəsmi Moskvanın yanıdadır.
Əbu Mazen ləqəbli Mahmud Abbas 2005-ci ildən Fələstin prezidenti kimi qəbul olunur. FAT istəyir ki, beynəlxalq səviyyədə fələstinlilərin maraqlarını təmsil edən yeganə təşkilat kimi çıxış etsin. 2 milyondan çox fələstlinin yaşadığı Qəzza zolağına nəzarət edən HƏMAS buna etiraz edir.
İranın HƏMAS-İsrail müharibəsinə qoşulması ehtimalı çox aşağıdır. Ən kritik məqamda İran Livanın Hizbullahı üzərindən HƏMAS-a dəstək verə bilər. Bu da İsraili eyni vaxtda müxtəlif cəbhələrdə vuruşmaq zorunda qoyacaq...
HƏMAS-ın FAT-dan bizim üçün fərqi daha böyükdür. Belə ki, HƏMAS Qarabağ savaşında Azərbaycanın, FAT isə ermənilərin yanında olub. Tarixdən o da məlumdur ki, Qüdsdəki köhnə şəhərin dörd məhəlləsindən biri erməni məhəlləsi adlanır. 1994-cü ildə İsraili ilə danışqlar zamanı Qüdüsün iki yerə bölünməsi müzakirə olunanda erməni məhəllsinin yəhudilərdə qalması məsələsinə Yasir Ərafat qəti etiraz edib. Deyib ki, mən özüm elə erməniyəm. Bəzi mənbələrdə Yasir Ərafat isminin Ərəfatyan kimi yazılması da təsadüfi deyil.
Bir şeyi də deyim ki, Fələstinin Bakıdakı nümayəndəliyi məhz FAT-ı təmsil edir. Onların HƏMAS-a dəxli yoxdur...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi