Prezident Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında - FOTO (Yenilənib)
13-10-2023 [14:53]
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilir. İlham Heydər oğlu, buyurun, söz Sizindir.
Prezident İlham Əliyev iclasda çıxış edərək dedi:
-Hörmətli Sadır Nurqojoyeviç, hörmətli dövlət başçıları. Əvvəlcə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür etmək istərdim.
Şadam ki, Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Fürsətdən istifadə edərək Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik etmək istərdim.
Rusiya Federasiyasının növbəti ildə MDB-də sədrliyinin həyata keçirilməsində hörmətli Vladimir Vladimiroviç Putinə uğurlar diləmək istərdim.
Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır.
Humanitar sahə bizim Birliyin çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir. Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirmək istərdim.
Əminəm ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq.
Fürsətdən istifadə edərək, Belarus Prezidenti, hörmətli Aleksandr Qriqoryeviç Lukaşenkonu ikinci MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim.
Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.
Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.
Bir daha tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, sammitin nəticələri gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident Sadır Japarov: Sağ olun İlham Heydər oğlu.
***
Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirdi.
Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğuladı. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan etdi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet hədəfləri barədə məlumat verdi. Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğuladı.
İclasda çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev imzalanacaq sənədlər barədə məlumat verdi.
Daha sonra sənədlər imzalandı.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.
***
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Mia.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi