04-06-2014 [17:01]
Masallı rayonunda yaşayan Mahır Qurbanzadə DYP-dəki özbaşınalıqlardan şikayətlənib. O bildirib ki, avtomobili öz adına keçirmək, 10-la başlayan dövlət nömrə nişanını isə 44-lə başlayan nömrəyə dəyişmək istəyir. Yəni, qeydiyyatda olduğu rayonun nömrə nişanını əldə etməyə çalışır. Lakin Lənkəran rayon qeydiyyat imtahan məntəqəsində ona qarşı süründürməçilik edildiyini bildirən Mahir Qurbanzadə deyir ki, sözügedən idarədə qanunlara doğru-düzgün əməl olunmur:
«Lənkəran «MERO»suna getdim, özümə yaxın birisinə 10-la olan nömrəni 44-ə dəyişim, yəni öz rayonumuzda qeydiyata saldıraq. İdarədə Quliyev Şahbazın otağına girdim, dedim gəlmişəm ki, «Yol hərəkəti haqqında» qanunun 27-ci madəsinin 1-ci hiissəsinə uyğun olaraq, avtomobili öz rayonumuzda qeydiyyata saldırıb 10-la olan nömrəni 44 də dəyişək. Şahbaz dedi ki, bu, mümkün deyil, belə bir qanun yoxdur. Qarşısında olan kitabı götürüb dedi ki, maddəni mənə göstər və mən də o kitabdan maddəni ona göstərdim. Dedi, bu maddə bura üçün deyil, get Bakıda tranzit nömrə al, gəl qeydiyata salaq. Sonra yüksək tonla otağını tərk etməyimi istədi. Rəis yerində olmadığı üçün onu gözlədim, 1-2 saatdan sonra «MERO»nun rəisi Elxan müəllim gəldi, qəbuluna girdim və Şahbaza dediklərimi ona da təkrarladım və cənab Prezidentimizin imzaladığı yeni qanunları da xatırlatdım. Dediklərimin heç biri onu qane etmədi və yeni qanunun hələ quvvəyə minmmədiyini dedi. Mən də Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng etdim, oradan məni BDYPİ-yə qoşdular və onlara da qanundan danışdım, amma xəbərləri olmadığını bildirdilər. Beləcə, biraz səs-küy qalxandan sonra «MERO»nun rəisi Elxan müəllim təkrar məni otağına çağırdı və söz verdi ki, məsələni bir həftə sonra həll edəcək. Amma mayın 31-də saat 11-12 radələrində oradan mənə verilən nömrəyə zəng etdim, bildirdilər ki, bu qanun 2-3 aya quvvəyə minər, gedin Bakıya, avtomobili qeydiyyatdan çıxarıb gəlin. Mən istəyirəm ki, 737 olan nömrə alım. Bunun qiyməti 22 manatdı. Amma Şahbaz müəllim deyir ki, bu nömrənin ayrı qiyməti var».
Qeyd edək ki, qanunvericiliyə görə, avtomobili qeydiyyata və ya təkrar qeydiyyata saldarmaq bir bölgədə həyata keçirilə bilər. Qanunda deyilir: «Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir».
Nəqliyyat vasitələrinin təkrar dövlət qeydiyyatı ilə bağlı yeniliyin nəzərdə tutulduğu dəyişiklik 2 may 2014-cü ildə qəbil edilib və "Respublika” qəzetinin 27 may 2014-cü il tarixli nömrəsində rəsmi dərc olunub. "Normativ hüquqi aktlar haqqında" qanunun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Deməli, bu dəyişikliklər artıq 27 may tarixindən qüvvədədir.
Düzdür, inzibati orqanlar müəyyən qanunları öz fəaliyyətlərinə aid təlimatlarda da müvafiq uyğunlaşdırma aparıldıqdan sonra icra edirlər. Amma belə təlimatların qanunun qüvvəyə minməsinə heç bir aidiyyəti yoxdur və qüvvəyə minmiş olan qanun qüvvəyə mindiyi gündən icra edilməlidir. Bu qanunu necə icra etmək icra orqanının öz problemidir.
Avtosfer.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi