Azərbaycanlılar Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib: “Biz sülh istəyirik”
12-10-2023 [21:25]
Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının “Biz sülh istəyirik!” adlı dinc etiraz aksiyası keçirilib.
Mia.az xəbər verir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə yerli vaxtla 15.00-dan 19.00-dək baş tutan aksiya Ermənistanın cəfəng iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə gerçəkləşdirilib.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, mina terrorunu xatırladıblar.
Aksiya iştirakçıları Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multukultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!”, “Erməni separaçılığına son qoyulsun!”, “Anti-Azərbaycan kampaniyasına son verin!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Xocalını unutma!”, “Cəncə terroru Ermənistan terrorunun nümayişidir!”, “Ruben Vardanyan terrorizmin maliyyəçisidir!”, “Dünya Gəncə terroruna susur!”, “Biz Ermənistanın Bərdəyə qarşı terrorunu lənətləyirik!”, “Biz terrorizmə YOX deyirik!”, “Biz Ermənistanın sistematik kütləvi qətllərini lənətləyirik!”. “Arayik Arutunyan uşaq qatilidir!”, “Erməni mina terroru azad edilmiş regionlarda normallaşdırma və bərpa prosesinə mane olur!”, “Qarabağın təhlükəsizliyi üçün mina xəritələrini tələb edirik!”, “Mina terroru məcburi köçkünlərin Qarabağa qayıtmasını əngəlləyir!”, “Dünya erməni terrorizminin qurbanları barədə susur!”, “Qarşılıqlı olmaq prinsipini tələb edirik!”, “Ermənistan Qərbi azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etməlidir!”, “Ermənistan Qərbi azərbaycanlıların İrəvana qayıtmasının qarşısını alır”, “İrəvan sülh sazişinə ciddi yanaşmır”, “Qərbi azərbaycanlılara İrəvanda yaşayan ermənilərlə bərabər münasibət göstərilməlidir!” “Azərbaycan Qarabağda birgə yaşayışı dəstəkləyir!”, “Biz Ermənistanı danışıqlara çağırırıq, konfrontasiyaya deyil!”, “Biz dünya ictimaiyyətini ədaləti dəstəkləməyə çağırırıq!” və sair şüarlar nümayiş etdirilib və səsləndirilib.
Qeyd edək ki, aksiya Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin təşkil olunduğu saatlarda keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi