Almaniya kansleri İranı hədələdi, Mahbud Abbası tənqid elədi, 3 ölkə başçısına mesaj verdi: "Onlar vasitəçilikdə mühüm rol oynaya bilər"
12-10-2023 [14:28]
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani İsrail və HƏMAS arasında vasitəçilik və gərginliyin azaldılmasında mühüm rol oynaya bilərlər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Məlumaat görə, Şolts Bundestaqda (Parlament - Mia.az) İsrail və Fələstin arasındakı münaqişələrlə bağlı çıxış edib.
Bölgədəki hər kəsi İsrailə qarşı düşməncəsinə hərəkətlərdən çəkinməyə çağıran Şoltsun sözlərinə görə, Almaniyanın bu məslədə mövqeyi qətidir: "Bizim mesajımız aydındır, İsrailə hücum etmək bağışlanmaz bir səhv olardı".
O, Qəzza ilə də əlaqə kanalları olan Misir prezidenti əs-Sisi ilə yaxın təmasda olduğunu və bu gün Türkiyə prezidenti Ərdoğanla görüşəcəyini, həmçinin Qətər əmirini Berlində qəbul edəcəyini qeyd edib.
Ölkəsində əhəmiyyətli bir vasitəçi rolu olduğunu və bundan istifadə etdiyini ifadə edən kansler bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani mövcud vəziyyətə vasitəçilik və gərginliyin azaldılmasında əhəmiyyətli rol oynaya bilərlər: "Bu dramatik vəziyyətdə kömək edə biləcək bütün kanallardan istifadə etməmək məsuliyyətsizlik olacaq".
Fələstin prezidenti Mahmud Abbası HƏMAS-ın hücumlarını qınamadığına görə tənqid edən Şoltsun sözlərinə görə, buna görə Fələstinə yardımı dayandıracaqlar: "Mahmud Abbasın susması utancvericidir və biz buna görə Fələstindəki bütün əməkdaşlığımızı araşdıracağıq. Bizim üçün əsas layihələrimizin bölgədə sülhü dəstəkləyib-dəstəkləməməsini bilməkdir. Hamı bilməlidir ki, İsrailin təhlükəsizliyinə ən yaxşı şəkildə xidmət edəcəyik. İsrailin təhlükəsizliyi Almaniyanın dövlət məsələsidir".
HƏMAS-ın İranın dəstəyi olmadan İsrailə hücum edə bilməyəcəyini müdafiə edən Şolts etiraf edib ki, bu istiqamətdə hələlik dəilləri yoxdur: "HƏMAS-ın bu alçaq hücumuna İranın konkret və operativ dəstək verdiyinə dair hələ konkret dəlillərimiz yoxdur. Ancaq İran rejimindən və İrandan heç bir xoş səda gəlmir. Onların bəyanatları iyrəncdir. Tehran rəhbərliyi həyasızcasına öz əsl simasını göstərir və bununla da Qəzzada rolunu təsdiqləyir".
İranın da HƏMAS kimi Hizbullah ilə yaxın əlaqələri olduğunu ifadə edən Şoltsun iddiasına görə, bu, İsrailin varlıq haqqını da şübhə altına alır: "Yeri gəlmişkən, "Hizbullah" münaqişələrə qarışmamalıdır. Bu, təkcə İsrailin haqlı və sərt reaksiya verməsinə səbəb olmayacaq. Livan əldə edilmiş razılaşmaya əməl etməlidir. Əks halda bu, hərəkətləri ilə uçurumun kənarına gələcək".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi