Putindən İsrailə göndərilən savaş gəmilərinə maraqlı reaksiya: "Nə etmək istəyirlər? Livanı bombalayacaqlar?" - "Yeganə yol Fələstin dövlətinin elanıdır"
12-10-2023 [00:07]
Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Rusiya Enerji Həftəsinin sessiyasında İsrail-Fələstin savaşı barədə maraqlı açıqlamalar verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putin İsrail-Fələstin qarşıdurmasının həlli yolunun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarının (iki dövlət həlll yolu-Mia.az) həyata keçirilməsindən keçdiyini deyib: "Rusiya həmişə BMT qərarlarının icrasından yana olub. Rusiya birmənalı şəkildə müstəqil Fələstin dövlətinin qurulmasını müdafiə edir. Problemlərin həlli yolu buradan keçir".
Ötən gün İraq Baş naziri ilə görüşdə dediyi kimi, bu tədbirdə də ABŞ-ın Yaxın Şərqdəki problemin həlli üçün ədalətli mexanizmləri gözardı etdiyini və hər şeyi öz arzusuna uyğun təkbaşına yönləndirməyə can atdığını deyən Puti bildirib ki, rəsmi Vaşinqton əsasən insanların maddi ehtiyaclarını ödəyib, lakin təməl problemə biganə yanaşıb: "Əlbəttə, Fələstinə maddi yardım etmək, onun iqtisadi və sosial problemlərinə dəstək vermək yaxşı haldır, ancaq siyasi həll yolu olmadan bunu necə dayanaqlı etmək olar?! Əsas siyasi məsələ isə paytaxtı Şərqi Qüds olmaqla, Fələstin dövlətinin qurulmasıdır. Bu, problemin daimi həllidir. Bunu etmədən isə orada bölgədə sabitlik mümkün deyil. Dediyim kimi, ABŞ isə oyunu fərqli oynayır".
Fələstinin İslam dünyasındakı əhəmiyyətinə diqqət çəkən Putinin sözlərinə görə, Fələstin məsələsi hər bir müsəlmanın ürəyindədir və onlar tərəfindən illərdir inanılmaz dərəcədə yüksək ədalətsizliyin təzahürü kimi qəbul edilir: "İsrail dövləti qurulanda, həmin vaxtı və sonra suveren Fələstin dövləti elan olunmadı. Əksinə, fələstinlilərin hər zaman tarixi Fələstin torpaqlarının bir parçası hesab etdikləri bəzi torpaqlar müxtəlif dövrlərdə və müxtəlif yollarla İsrail tərəfindən işğal edilib. İndi orada durum dəhşətlidir".
ABŞ-ın İsrail sahillərinə nəhəng təyyarədaşıyan və döyüş gəmiləri göndərməsinə münasibət bildirən Putin qeyd edib ki, bu, anlaşılmazdır: "ABŞ-ın niyə təyyarədaşıyan qruplarını Aralıq dənizinə sürüklədiyini anlamıram. Birinci hərbi yardımı elan edirlər, az sonra ikincini elan edirlər. Bu, nə deməkdir? Nə edəcəklər, Livanı bombalayacaqlar? Yoxsa nə?! Nə etməyə hazırlaşırlar? Yoxsa kimisə qorxutmaq qərarına gəliblər?
Amma orda daha heç nədən qorxmayan insanlar var. Kompromis axtarmaq lazımdır. Problemləri bu şəkildə həll etmək mümkün deyil. Bu cür hərəkətlər vəziyyəti daha da gərginləşdirir".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi