04-06-2014 [14:23]
Salyanda həbs olunan "Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova AzPolitika.info-ya danışıb. Onunla söhbəti təqdim edirik.
- Sənubər xanım, Emil Məmmədovun istintaqında nə yenilik var?
- Emilin istintaqında hələ ki, heç bir yenilik yoxdur. Gözləyirik. Elçin Sadıqov onun vəkilidir.
- Yoldaşınızdan şikayətçi olanlar kimlərdir, onlar Emil Məmmədova qarşı hansı ittihamları irəli sürürlər?
- Şikayətçilər Salyan rayon Telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfov, icra başçısı Tahir Kərimov və Salyan rayon Maliyyə şöbəsinin müdiri Mahir Kərimovdur. Faiq Nəcəfov eyni zamanda Tahir Kərimovun yaxın qohumudur. Emil Məmmədovun həbsində məhz bu insanlar təqsirkardır.
- Bu həbsin arxasında nə durur?
- Emil Məmmədov Salyanda "Demokratiyaya yardım” İctimai Birliyinin sədridir. Təşkilat 2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İnsan hüquqlarının müdafiəsi ilə məşğuldur. Dekabr və fevral aylarında Emil Məmmədov Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yazılı müraciət edərək Salyanda korrupsiya və talan olduğunu bildirmişdir. Məktubda Salayn rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun prezidentin etimadını doğrultmadığı və vəzifəsindən sui-istifadə edərək rayonu taladığı bildirilirdi.O cümlədən Salyanın abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin hara xərcləndiyinin naməlum ilduğunu da qeyd etmişdi. Eyni zamanda Salyan rayon maliyyə şöbəsində baş alıb gedən yeyinti hallarını da vurğulamışdı. Qeyd edim ki, maliyyə yeyintiləri haqqında bütün informasiyaları Emil Məmmədova Maliyyə şöbəsinin müdiri Mahir Kərimov şəxsən danışırdı. Mən şəxsən şahidəm ki, Mahir Kərimov dəfələrlə Emilə evə zəng vurub və imdad istəyib. O, Emilə bildirib ki, mənə məcburən böyük miqdarda vəsaitə imza çəkdirirlər. Bütün alqı-satqı əməliyyatları kağız üzərində aparılsa da, əslində həmin vəsaitin mənimsənildiyi haqqında danışırdı. O deyirdi ki, bu böyük cinayətin üstü açılsa Tahir Kərimovla bərabər məni də həbs edəcəklər. Bu sözləri Mahir Kərimov Emilə deyirdi. Emilə bütün daxili xəbərləri, informasiyaları çatdıran Mahir Kərimov Emilin həbsindən 10 gün öncə, ictimai birliyin ofisinə gələrək, Tahir Kərimovun ona təzyiq göstərərək, Emil Məmmədova qarşı şahidlik etməyə məcbur edildiyini demişdi. Daha sonra elə də etdi. Emilin üzünə duraraq onu reketlikdə təqsirləndirdilər. Guya Emilin Mahir Kərimov və Faiq Nəcəfovu şantaj edərək bildiklərini anlatmamaq əvəzində onlardan pul istədiyini bildiriblər. Halbuki, indiyə qədər Emil bir nəfərin bir qəpiyinə də göz dikməyib. Əksinə, özü bir qarnı ac-bir qarnı tox yaşaya-yaşaya hər kəsə yardım etməyə çalışırdı. Emil Məmmədovun həbsi məhz Tahir Kərimovun məqsədi idi.
- Mahir Kərimovla Emil Məmmədov məhkəmədə qarşılaşdılarmı?
- Bəli. Emil ona məhkəmədə öz sözünü dedi. Dedi ki, bu məlumatları sən mənə ötürə-ötürə indi necə üzümə dura bilərsən axı? Emil Məmmədov onların zibillərini açdığına görə, Respublika Prokurorluğuna, DİN-ə, ən başlıcası da Prezidentə müraciət etdiyinə görə həbsə atıldı. Mahir Kərimov boynuna aldı ki, onu işdən çıxarılaraq həbs ediləcəyi ilə təhdid ediblər. Mahir də həbs edilməməsi üçün Emili qurban vermək qərarına gəlib.
- Emil Məmmədovun əlində həmin yeyintilər və talama ilə bağlı faktlar var idimi?
-Bəli, var idi. Həmin sahibkarların adları da var. Lakin düşünürəm ki, bu faktları Mahir Kərimovdan soruşmaq gərəkdi. Prezidentə və Ramiz Mehdiyevə müraciətdə də bu faktlar göstərilib.
- Dövlət rəhbərlərinə müraciətlərə cavab gəlibmi?
- Emilin özünə cavab məktubu gəlib və Salyanda yoxlama aparılacağı haqqında xəbər verilib. Lakin hələ ki, yoxlama aparılmayıb. Hələ yoxlama aparmamış Emil Məmmədov şər-böhtanla həbs edilib.
- Həbsindən sonra yoldaşınızla görüşmək imkanınız olubmu?
- Xeyr, görüşməyə icazə vermirlər. Bu gün Emil Məmmədov artıq 21 gündür həbsdədir. Emil Məmmədovun qardaşı dəfələrlə bu işi aparan müstəntiq Əlibaxış Mədiyevə müraciət etsə də, görüşmək üçün icazə verilməyib.
- Yerli camaatın bu həbsə münasibəti necədir?
- Yerli camaatın bu həbsə münasibəti çox pisdir. Ümumiyyətlə, Salyanda vəziyyət çox acınacaqlıdır. Emil Məmmədovun həbsi ilə bağlı 350 nəfər Azərbaycan Respublikasının Prezidentinə ərizə ilə müraciət edib. Lakin onu da qeyd edim ki, imza toplamada iştirak edən çox sayda insanları polisə çağırırlar, onlara təzyiq edirlər. Bütün Salyan əhli ayağa qalxıb. Çünki hər kəs Emil Məmmədova qarşı bu əməlin şər-böhtan olduğunun fərqindədir. Mən yoldaşımın hüquqlarını müdafiə edəcəm. Çünki bu məhz Tahir Kərimovun ona atdığı böhtandır. Mən eyni zamanda Mehriban xanım Əliyevadan məni qəbul etməsini xahiş edirəm. 10 dəqiqəlik də olsa məni dinləməsini rica edirəm(Azpolitika.info).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi