İsrail Qəzzanı xarabalığa çevirdi: binalar yerləbir edilir - Nazir "hücuma hazırıq" dedi, HƏMAS "Əsirləri öldürmürük" bəyanatı yaydı (VİDEO)
11-10-2023 [09:23]
HƏMAS yaraqlılaının okryabrın 7-də İsrailıə hücumuna cavab olaraq Qəzzanı dayanmadan bombalayan İsrail şəhərə quru əməliyyatına hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi bəyanat yayıb.
Mühasirəyə alınan, işıq, su və qazın kəsildiiyi Qəzzaya qida və tibbi yardım sıxıntısı da olduğu Qəzzayda quru əməliyyatına hazırlıq anonsunu verən İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, ordu əməliyyata tam hazırdır: "Qəzza heç vaxt əvvəlki kimi olmayacaq".
Fələstin Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail fələstinlilərə qarşı beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor bombalarından istifadə edir.
Xarici mətbuat yazır ki, Qəzzanın cənubundakı Xan Yunus bölgəsinə hava hücumu nəticəsində bir çox bina dağıdılıb, ərazi xarabalığa çevrilib: "Şəhərin qərbindəki Məcmai Ənsar bölgəsi də eyni haldadır. Artıq mülki müdafiə qüvvələri nə dağıntılara, nə də əhalininin yardımına yetişə bilir. İsrail isə dayanmadan bomba yağdırır. Yerindən, evindən didərgin olan insanlaırn sayı isə 200 min nəfəri aşıb. Əhali nə Misirə, nə dəniz istiqamətinə, nə də İsrail torpaqlarına doğru sığına bilir. Çünki hər tərtəfə bomba yağdırılır. Bombalardan qorunmaq üçün əhali kütləvi halda şəhərin mərkəzinə - əsasən məktəblərə sığınıblar. Ölən və yaralananların sayı isə kəskin artır".
Hava zərbələri nəticəsində cəhənəm şəhərinə çevrilən Qəzzada humanitar fəlakətin yaşandığını açıqlayan Fələstin isə Qəzzaya qida və tibbi yardım üçün “təhlükəsiz dəhliz” açılmasını istəyib: "Humanitar böhran dəhşətl vəziyyətdədir".
HƏMAS Hərəkatının liderlərindən olan Talal Nassar müharibə şəraiti səbəbindən əsir götürülən israillilərin işgəncələrə məruz qalması və ya öldürülməsi ilə bağlı iddiaları təkzib edib: "Müqavimətin israilli əsirlərin öldürməsi və ya onlara işgəncə verməsi mümkün deyil. Əlləri qanlı əsl cinayətkarlar faktları təhrif edən işğalçılardır. Müqavimət qüvvələri məhbuslarla humanist qaydalara uyğun davranır"
Fələstin Səhiyyə Nazirliyinin dünənki açıqlamasına görə, İsrailin hücumları zamanı Qəzzada 260-ı uşaq, 200-ü qadın olmaqla 900 nəfərin həyatını itirdiyini, 4500 nəfərin isə yaralandığını açıqlayıb.
İsrailin açıqlamasına görə isə 950 nəfərdən çox mülki sakin ölüb, 5 min yaralı var.
Digər tərəfdən, Fələstin hökumətinin Qəzzadakı mətbuat ofisi bombardmanlarda 8 jurnalistin öldüyünü, 10 jurnalistin yaralandığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamasında isə deyib: "Baxın, hazırda Qəzzaya su verilmir. Bəs insan haqları? Elektrik yoxdur, verilmir. Bəs insan haqları? Ümumdünya İnsan Haqları Bəyannaməsində deyir ki, mülki əhalinin suyunu, işığını kəsə bilməzsiniz. İndi təsəvvür edirsinizmi, Qəzzada xəstəxanaların vəziyyəti necədir? Onlar işləyirmi? Yerlərdə ibadət, xəstəxanalar, hamısı amansızcasına vurulur. Bunlar edilərkən heç kim heç nə demir".
Bu arada məlumat üçün deyək ki, işğal altındakı İordan çayının qərb sahilində də gərginlik yüksəkdir.
Tubas bölgəsində İsrail əsgərləri ilə fələstinlilər arasında silahlı qarşıdurma baş verib.
İsrail əsgərlərinin İordan çayının qərb sahilində təşkil etdiyi hücumlarda 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin yaralandığı açıqlanıb.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi