QƏZZA QAN ÇANAĞINA DÖNDÜ: İsrail hücum edir, HƏMAS meydan oxuyur
10-10-2023 [10:00]
HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə hücumları davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı başlatdığı “Əqsa tufanı” adlı əməliyyatdan sonra İsrail, xüsusilə Qəzzanı hədəfə alır.
Fələstin Səhiyyə Nazirliyi indiyədək İsrailin hücumları nəticəsində 143-ü uşaq və 105-i qadın olmaqla 704 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb.
Nazirlik İsrailin hücumlarda qəsdən təcili yardım maşınlarını hədəf aldığını və Qəzzada Beyt Hanun xəstəxanasının hava hücumları səbəbilə xidməti dayandırdığını bildirib.
Ən azı 900 israilli ölüb
Mühasirəyə alınmış Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayının 900-ü keçdiyi açıqlanıb.
İsrail Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, 157-si ağır olmaqla ümumilikdə 2616 israilli yaralanıb.
HƏMAS və İslami Cihad oktyabrın 7-dən bəri girov götürülən çoxlu İsrail əsgərinin Qəzzaya aparıldığını açıqlayıb.
İsrail dünən HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının əlində olan "girovlara zərər vermək bahasına" Qəzza zolağına hücumlarını davam etdirəcəyini açıqlayıb.
HƏMAS: "Biz uzun mübarizəyə və bütün imkanlara hazırıq"
Qassam Briqadalarının sözçüsü Əbu Ubeyde İsrailin blokada altındakı Qəzza zolağına hücumları ilə bağlı belə bəyanat verib: "Uzun mübarizəyə və bütün imkanlara hazırıq. Düşmənimiz məyusluq və utancdan başqa heç nə əldə etməyəcək. "Əqsa tufanı" əməliyyatımız İsrail işğalçı qüvvələrinin başlatdığı hücumlara etiraz və müqəddəs dəyərlərimizi qorumaqdır".
Qəssam Briqadalarının hələ də müharibənin gedişatına hakim olduğunu ifadə edən Əbu Ubeyde bildirib ki, İsrail ordusunun Qəzzanı quru əməliyyatı ilə hədələməsi "gülünc sonluqla" bitəcək.
İsrail dənizdən hücuma edir
Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrail donanmasının hücum katerlərinin Aralıq dənizi sahilində Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrini dənizdən vurduğunu açıqlayıb.
İsrail Qəzzaya su, elektrik və yanacaq verilişini dayandırıb
İsrailin enerji naziri Yisrael Katz təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağına su axınının kəsildiyini bildirib.
Dünən X sosial media platformasındakı paylaşımında Katz İsrailin Qəzza zolağına elektrik verilişinin kəsilməsi ilə bağlı təlimat verdiyini deyib: "İsraildən Qəzzaya su axınının dərhal dayandırılmasını əmr etdim. Dünən elektrik və yanacaq kəsildi. Daha əvvəl baş verənlər bundan sonra olmayacaq".
İsrailin müdafiə naziri Yoav Gallant da Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bəyan edib.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi