Hüquq müdafiəçisi Ramil Usubovla görüşdü

img

04-06-2014 [13:16]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.

Bu barədə AzNews.az-a açıqlma verən E.Behbudov bildirib ki, görüşün məqsədi saxlama məntəqələrindəki monitorinqlər, polis sistemində aşkar etdikləri problemlər, komitəyə edilən müraciətlər barədə fikir mübadiləsi aparmaq olub: "Nazirlə bir saata yaxın müddətdə görüşdük. Görüşdə nəzərdə tutulan məsələlər haqqında ətraflı söhbət oldu”.

Hüquq müdafiəçisi əlavə edib ki, R. Usubovla hazırda ictimayyəti maraqlandıran və narahat edən bir çox məsələlər, mövcud problemlərlə bağlı da fikir mübadiləsi aparılıb: "Elə məsələlər var ki, onu açıb-ağartmaq düzgün deyil. Nazir həbs olunan və adı mətbuatda hallanan insanlarla bağlı da məlumatlı idi. Bir sözlə görüşdən razı qaldım”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA