Məhkəmə “Səni axtarıram”a qadağa qoydu - Xoşqədəm Baxşəliyevanın qanunsuz axtarışı dayandırıldı
09-10-2023 [14:49]
Xoşqədəm Baxşəliyevanın təqdimatında “ARB” televiziya kanalında yayımlanan “Səni axtarıram” verilişində Əsgərova Sevda Səlim qızının icazəsiz fotoşəkilləri və səsyazıları yayıb, onu itkin düşmüş kimi təqdim edib.
Mia.az bildirir ki, bu barədə Gununsesi.info-ya Sevda Əsgərovanın vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, ərizəçi Əsgərova Sevda Səlim qızı efirdə təhqir olunub, şərəf və ləyaqətinin alçaldılmasına qadağa qoyulması və axtarışının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş edib.
Vəkil bildirib ki, bununla bağlı Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə qərar qəbul edilib.
Qərarda qeyd olunur ki, sentyabr ayının əvvəlindən etibarən jurnalist Baxşəliyeva Xoşqədəm Hidayət qızının təqdimatında “ARB” televiziya kanalında həftə içi hər gün saat 15:00-da yayımlanan “Səni axtarıram” verilişində Ərizəçi Əsgərova Sevda Səlim qızı axtarışa verilib və icazəsiz olaraq fotoşəkilləri və səs yazıları yayımlanır.
“Verilişdə ərizəçinin şəkilləri yayımlanır, o müxtəlif formada təhqir edilir, şəxsi həyatı ilə bağlı məlumatlar yayılır, şərəf və ləyaqəti alçaldılır. Məhkəməyə bildirilir ki, ərizəçi əvvəlcədən özü polisə ərizə yazaraq könüllü surətdə ölkədən çıxacağını bildirmişdir, buna görə də onu axtarışa verilməsi əsassızdır. Belə ki, ərizəçi bildirir ki, boşanma prosesi zamanı Azərbaycana gələrkən təhlükə yaranmaması (ailəsi və birlikdə yaşadığı müddət ərzində keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb) üçün Gürcüstanda olduğu zaman Daxili İşlər Nazirliyinin instagram səhifəsinə yazıb. Ətraflı məlumat verməyi ilə əlaqədar ərizəçiyə polis işçisinin nömrəsini göndəriblər. O da başına gələn hadisələr barədə polisə ətraflı məlumat verib. Polisə ailəsi və keçmiş həyat yoldaşının ailəsi tərəfindən axtarılmaq istəmədiyini deyib. Daha sonra polis əməkdaşı ərizəçinin e-mail ünvanını və nömrəsini alıb. Öz adından ərizə yazmalı olduğu bildirilib. Ərizə yazdıqdan sonra bildiriş gəlib ki, ərizə qəbul edilib və işə baxılacaq. Hər hansı axtarış olarsa ərizəçinin izahatı və ərizəsi nəzərə alınacaq.
Lakin daha sonra Gürcüstan polisi ona məlumat verib ki, Azərbaycan polisi ərizəçinin nömrəsini ailəsinə verib. Bundan sonra Gürcüstana gəlib onu axtarıblar. Ərizəçi təhlükəsizliyinin pozulması ilə bağlı Gürcüstan polisinə izahat və ərizə yazıb. Buna baxmayaraq dəfələrlə ərizəçinin və keçmiş həyat yoldaşının ailəsi tərəfindən onun qaçdığı iddia edilərək axtarışa verilib. Ərizəçinin icazəsiz olaraq şəxsi fotoşəkillərinin, səs yazılarının efirdə yayılması insan və vətəndaşın konstitutiya hüquq və azadlıqlarının əlehinə olan cinayətdir. Bununla onun həm yazışma sirri, həm də şəxsi həyatının toxunulmazlığı pozulub. Ərizəçinin itkin düşməməsi və qaçmaması hallarını, efirdə icazəsiz olaraq fotoşəkillərinin, səsyazılarının yayımlanmasını nəzərə alaraq efirə qadağa qoyulması vacibdir”, – deyə qərarda qeyd olunur.
Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, hesab edib ki, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə təmin edilməlidir.
Məhkəmə qərara alıb ki, Əsgərova Sevda Səlim qızının icazəsiz fotoşəkillərinin və səs yazılarının Baxşəliyeva Xoşqədəm Hidayət qızının təqdimatında “ARB” televiziya kanalında yayımlanan “Səni axtarıram” verilişində yayımlanması, onun efirdə təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılmasına qadağa qoyulsun və həmin televiziya kanalı tərəfindən axtarışı dayandırılsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi