Avropada küçələrdə yaşayan evsizlərin sayı artır - 4 ölkədə həyəcan təbili çalınır (Araşdırma)
09-10-2023 [12:35]
Fransa, İngiltərə, Almaniya və Belçika başda olmaqla bir çox Avropa ölkəsində yaşayış xərclərinin kəskin artması səbəbindən küçələrdə yaşayanlarınsayı günü-gündənsürətlə çoxalır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu ölkələrdə ucuz mənzil və ya “sosial mənzil" çatışmazlığı demə olar ki, minimum həddə endiyindən artıq "bomjlar ordusu "yaranmağa başlayıb.
Məlumata görə, “Ümumdünya Evsizlər Günü” elan edilən 10 oktyabrda qlobal evsizlik problemi ilə bağlı məlumatlılığın artırılması və ehtiyacı olanlara yardımların göstərilməsi istiqamətində işlər aparılır.
Bu günlə bağlı Avropadakı bəzi təşkilatların apardığı araşdırmalar isə vahimə doğurub.
Araşdırmalara görə, Fransada evsizlər daha çox paytaxt Paris, şimalda Lill, Strasburq kimi böyük şəhərlərdə artıb: "Əslində, Parisin demək olar ki, hər küçəsində onlarla bomjlara rast gəlmək olar. Bəzi evsiz insanlar itləri ilə, bizləri isə bir neçə nəfərlk qrup halında küçədə qalırlar. Bəzən bunlar bəzi miqrantlara qoşularaq, Paris Bələdiyyəsi qarşısında çadırlar qurur və sığınacaq tələb edirlər. Amma nəticə yoxdur".
Araşdırmaya görə, ölkədə kirayə qiymətlərinin artması və böyük şəhərlərdə kifayət qədər sayda kirayə və ya ucuz evlərin olmaması bomjlaırn sayına kəskin təsirini göstərir: "Bu arada o da bəlli olub ki, Fransada hər dörd evsizdən biri vaxtilə uşaq evidə dövlət himayəsində olub. İndisə sahibsiz şəkildə küçələrə atlıblar".
"Abbe Pierre Fondu"nun hesabatına əsasən, ölkədə 4,1 milyon insan pis mənzil şəraitində yaşayır: "Fransada 330 min evsiz insan var və təxminən 14,8 milyon insan isə mənzil problemindən ciddi əziyyət çəkir".
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, Fransada 1990 uşaq küçələrdə yaşayır.
İngiltərədə ən azı 271 min insan evsizdir
Dünyanın ən bahalı şəhərlərindən biri olan İngiltərənin paytaxtı Londonun küçələrində də çoxlu evsizlər var.
Küçədə gəzən insanlardan pul və yemək dilənib sağ qalmağa çalışan bomjlar ordusu harada boş yer görsə, orada qıvrılaraq yatmağa çalışırlar.
Bahalaşn həyat və ucuz, əlverişli mənzil çatışmazlığı Londonda daha çox insanı evsizliyə sövq etsə də, burada əsas "faktor"un bahalaşma olduğu önə çəkilir: "Bu cür həyat şəraiti göstərir ki, yaxın illərdə Britaniyada bomjların sayı həndəsi silsilə ilə artacaq. Bu, əlbəttə, narahatlıq yaratmaya bilməz".
Araşdırmalara görə, Londonda dəbdəbəli mağazaların olduğu dünyanın ən məşhur alış-veriş küçələrindən sayılan Oksford küçəsi gündüz parıldasa da, gecələr evsizləri daha çox cəmləşdiyi ərazidir.
İngiltərədəki evsizlərə sığınacaq dəstəyi və məsləhət xidmətləri göstərən "Shelter" xeyriyyə təşkilatının məlumatına görə, ölkədə 123 mini uşaq daxil olmaqla, ən azı 271 min insanın evsiz var: "Son 10 ildə evsizlərin sayı 74 faiz artıb".
CHAIN-in məlumatlarına görə, Londonda küçələrdə qalanların təxminən yarısının psixoloji dəstəyə ehtiyacı var.
Evsiz insanlarla işləyən CHAIN iddia edir ki, onlaırn küçələrdə yaşamaması üçün uzunmüddətli həll yollarına ehtiyac var: "Bunun üçün hökumət daha çox sosil layihələrə yer verməlidir".
Belçikanın böyük şəhərlərində evsizlərin sayı artıb
Belçikada aparılan araşdırmaya görə, son 14 ildə evsizlərin sayı artıb: "Paytaxt Brüssel bu problemin getdikcə artdığı şəhərlərdən biridir".
Brüsseldə evsizlərlə bağlı araşdırma aparan "Bruss'Help" təşkilatının məlumatına görə, hazırda paytaxt küçələrində 10 minə yaxın bomj yaşayır: "Bu, ötən illıə müqayisədə 19 faiz artım deməkdir. Onların arasına 1000-ə yaxın azyaşlı var".
Almaniyada evsizlərin sayı 372 060 nəfərə çatıb
Almaniyada Federal Statistika İdarəsinin 31 yanvar 2023-cü il tarixində açıqladığı məlumatlara görə, yerli rəhbərliklər tərəfindən müxtəlif sığınacaqlara yerləşdirilən evsizlərin sayı 372 min 60 nəfərə çatıb.
Bu rəqəmə müharibə səbəbindən qaçan təxminən 130 min ukraynalı daxildir.
Sığınacaq verilən evsizlərin 31 faizinin uşaqlı cütlüklər, 29 faizinin subay, 16 faizinin tək uşaq böyüdənlər, 3,6 faizinin isə uşaqsız cütlüklər olduğu bildirilib.
Məlumata görə, ən çox evsiz (84 690) Şimali Reyn-Vestfaliya əyalətindədir: "Bu əyaləti 76 min 510 nəfərlə Baden-Vürtemberq və 39 min 375 nəfərlə paytaxt Berlin izləyir".
Almaniyadakı Evsizlərə Yardım Dərnəyinin (BAGW) prezidenti Werena Rosenke bildirib ki, ölkənin statistika idarəsinin məlumatına inanmaq olmaz: "O rəsmi məlumata dostları və ya tanışları ilə qalanlar, o cümlədən faktiki olaraq küçələrdə yaşayanlar əlavə olunmayıb. Onlaırn sayı isə 90 mindən çoxdur. Yəni 372 minin üzərinə 90 min bomju da gəlmək mütləqdir. Doğrudur, bu insanların 1/3-i Almaniya vətəndaşları deyillər. Onların arasında Polşa, Bolqarıstan, Rumıniya kimi Şərqi Avropa ölkələrindən gələnlər daha çoxdur. Çox təəssüf ki, Almanyada aydan-aya belələrinin sayı kəskin artır".
O hökuməti bu istiqamətdə əhatəli dövlət proqramı qəbul etməyə çağırıb.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi