HƏMAS - İsrail müharibəsində Azərbaycan hansı mövqedə olmalıdır? - Təhlil
08-10-2023 [10:27]
Fələstinin hərbiləşdirilmiş təşkilat və siyasi partiyası kimi tanınan HƏMAS (İslami Müqavimət Hərəkatı) 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki qolu kimi qurulub.
1988-ci ildən İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə HƏMAS arasında münaqişə var. HƏMAS 1948-ci ildən əvvəl İsrailin işğal etdiyi Qərb sahili və Qəzzə zolağı torpaqlarını azad edib, yenidən Fələstin İslam dövlətini qurmaq istəyir. Səudiyyə Ərəbistanı HƏMAS-a maliyyə yardımı göstərir. ABŞ Xarici İşlər Nazirliyinə istinadən təşkilat xaricdə yaşayan fələstinlilər, İran hökuməti və Ərəb ölkələrindən gələn yardımlarla maliyyələşdirilməkdədir.
HƏMAS sünni-islam fundamentalist və millətçi təşkilatdır. Onlar hazırda Fələstin Milli Administrasiyasının parlamentində çoxluğa malikdir.
Kanada, Avropa İttifaqı, İsrail, Yaponiya, Avstraliya, Böyük Britaniya və ABŞ HƏMAS-ı terror təşkilatı kimi tanıyıb.
Yeni Zelandiya və Paraqvay yalnız HƏMAS-ın hərbi qanadını terror təşkilatı kimi tanıyıb. HƏMAS Braziliya, Çin, Misir, İran, Norveç, Qətər, Rusiya, Suriya və Türkiyə tərəfindən terror təşkilatı sayılmır. 2018-ci ilin dekabrında HƏMAS-ı terror təşkilatı kimi qınayan qətnamə BMT Baş Assambleyasından keçə bilmədi. HƏMAS liderləri İsmayıl Haniyə və Xalid Məşəl Qətərdə məskunlaşıb.
Yaxın Şərq üzrə ekspertlər deyir ki, HƏMAS-ın ən yaxın müttəfiqi Türkiyə və Qətərdir. Məsələn, 2021-ci ildə Qətər HƏMAS-a 1.8 milyard dollarlıq maddi dəstək verib. HƏMAS lideri Xalid Məşəl dəfələrlə Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Cənab Ərdoğan HƏMAS-ı siyasi və iqtisadi təcriddən çıxarmaq üçün çox iş görüb. 2012-ci ildə ABŞ televiziyasına müsahibə verən cənab Ərdoğan "Mən HƏMAS-ı terror təşkilatı kimi görmürəm. HƏMAS siyasi partiyadır”, - demişdi.
Maraqlıdır ki, Çin də HƏMAS-a isti münasibət bəsləyir. Mustafası o ki, belə bir təşkilat İsrailə hücum edib.
Bəs Azərbaycanın bu məsələyə münasibəti necə olmalıdır?
Oradan başlayaq ki, HƏMAS-ın Azərbaycana münasibəti necədir? 44 günlük müharibədən sonra Azərbaycanı təbrik edənlər arasında HƏMAS da vardı. O vaxt HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri “Twitter” hesabında “Azərbaycanı müharibədə qələbə qazanması və işğal olunmuş əraziləri geri alması münasibətilə təbrik edirik”, demişdi. Yəni erməni məsələsində Fələstin Azadlıq Təşkilatı ilə HƏMAS arasında göylə-yer qədər fərq var. Fələstin Azadlıq Təşkilatı ermənilərin yanındadır, onlara açıq şəkildə dəstək verir. Hələ Yasir Ərəfat özünü erməni də elan etmişdi. Ondan sonra iqtidara gələn Mahmud Abbas da dəfələrlə ermənilərin, o cümlədən Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı kəskin bəyanatlar verib...
Belə bir fonda Azərbaycan nə etməlidir?
Şübhəsiz ki, biz İsrailin yanında olmalıyıq. Ancaq bunu nümayişkaranə şəkildə gözə soxmaq lazım deyil. Fələstin Azadlıq Təşkilatı İsrailə qarşı belə bir addım atsaydı, Azərbaycan olaraq daha radikal mövqe də nümayiş etdirə bilərdik...
Azərbaycanda hər kəs bilməlidir ki, bizim İsraillə münasibətimiz ölkəmiz üçün strateji xarakter daşıyır. İsrail olmasaydı, biz erməni işğalı altında olan ərazilərimizi, o cümlədən Qarabağı geri ala bilməzdik. Hazırda mövcud olan İsrail - Azərbaycan münasibətlərinin bu səviyyədə qərar tutmasına nail olmaq üçün ölkəmiz on illərlə vaxt itirib, etibarlı tərəf kimi nüfuz qazanıb. Biz strateji xarakterli İsrail - Azərbaycan münasibətlərini heç bir halda HƏMAS-a qurban verə bilmərik. Bu, bağışlanmaz səhv olardı. Ağlınız Türkiyəyə getməsin. Türkiyə böyük dövlətdir və Ərəb dünyasında böyük maraqları var. Azərbaycanın isə belə bir iddiası yoxdur.
Azərbaycan yalnız Türkiyə - İsrail qarşıdurmasında tərəddüd edə bilər. Ölkəmiz dəfələrlə sübut edib ki, Türkiyə ilə İsrail arasında belə bir qarşıdurma onun üçün arzuolunan deyil və bu qarşıdurmanın qarşılıqlı anlaşma ilə əvəz olunması üçün əlindən gələni edib. Bizə yaraşan da elə budur...
Elbəyi Həsənli,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi