Şok iddia: Azərbaycanda da eynicinsli nikahlara icazə verildi

img

04-06-2014 [12:06]


Böyük Britaniya konsulluqlarına Rusiya, Azərbaycan, Serbiya və Macarıstanda eynicinsli nikahları qeydiyyatdan keçirməyə icazə verilib.

MİA Oxu.Az-a istinadən xəbər verir ki, Britaniya diplomatik nümayəndəliklərində göstərilən ölkələrdə, eləcə də Avstraliya, Boliviya, Kamboce, Çili, Kolumbiya, Estoniya, Yaponiya, Latviya, Monqolustan, Monteneqro, Nikaraqua, Peru, San-Marino, Vyetnam, Dominikan Respublikası, Kosovo, Kosto-Rika və Fillipində Birləşmiş Krallığın vətəndaşları nikaha girə bilərlər.

Beləliklə də Britaniya konsulluqları yerli qanunlarla qadağan olunduğu ölkələrdə, eləcə də Azərbaycanda eynicinsli nikahları qeydiyyatdan keçirmə imkanı əldə etdilər.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri, "Leyborist” partiyasından olan parlament üzvü gey Kris Brayant bəyan edib ki, Birləşmiş Krallığın XİN vəzifələrindən biri "Britaniya dəyərlərinin xaricə eksportudur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA