Zaur Hüseynov Bakı Metropolitenində daha bir rəisi işdən çıxartdı

img

04-06-2014 [11:03]


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb.
Metropolitenin Nərimanov adına elektrik deposunun rəisi Vaqif Hüseynov tutduğu vəzifədən azad edilib. V.Hüseynov 2004-cü ildən elektrik deposunun rəisi vəzifəsində işləyirdi. O, keçmiş rəis Tağı Əhmədovun kadrlarından sayılırdı.

"Bakı Metropoliteni”QSC-dənModern.azsaytına verilən açıqlamada faktı təsdiqləyiblər. Bildirilib ki, sədr Zaur Hüseynovun əmri ilə "Nərimanov” elektrik deposuna yeni rəis təyinatı da gerçəkləşib. Belə ki, bu vəzifəyə Söhrab Ağamirzə oğlu Mirzəyev təyin edilib. Bu təyinatadək o, metropoliteninbirləşmiş emalatxanalarının baş mühəndisi işləyirdi.

"Bakı Metropoliteni"nin rəhbəri birləşmiş emalatxanalarının baş mühəndisi vəzifəsinə isəNaqib Kazımovu təyin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA