"Bu barədə xəbəri böyük sevinclə qarşıladıq" - Şeyxülislam lSESKO-nun Baş direktoru ilə görüşüb (FOTOLAR)
04-10-2023 [23:50]
Oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ISESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb.
Mia.az QMİ-yə istinadla xəbər verir ki, qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib: “Ölkəmizlə ISESKO arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev sizinlə görüşərkən təşkilatın, o cümlədən Baş katib kimi şəxsən sizin fəaliyyətinizi yüksək dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İSESKO-nun Xoşməramlı Səfiri seçilməsi də qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
Ermənistan 30 ildən çox idi ki, Azərbaycan ərazisini işğal edərək yaşayış məskənlərimizi, məscid və qəbirsanlıqları dağıtmış, tarixi mədəniyyət abidələrini məhv etmişdi. ISESKO törədilən bu vandalizm aktlarına öz kəskin etirazını bildirib, Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib və bu gün də öz obyektivliyini davam etdirməkdədir. Bu illər ərzində verdiyiniz dəstəyə görə şəxsən sizə və rəhbərlik etdiyiniz qurumun əməkdaşlarına minnətdarlığımı bildirirəm.
Siz Bakıya çoxsaylı səfərlər etmisiniz, budəfəki gəlişiniz xüsusi ilə əlamətdar bir dövrə təsadüf edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və Ordumuzun rəşadəti sayəsində xalqımız misilsiz qələbə qazanıb. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü yolunda şəhidlər vermişik, Vətən üçün canından keçən hər bir qəhrəmanın xatirəsi bizim üçün əzizdir, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Dövlətimiz işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri başlamaqla, tarix və mədəniyyət abidələrini bərpa etməklə şəhidlərin də ruhunu sevindirir”.
QMİ sədri Şuşa şəhərinin ISESKO-nun xətti ilə 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını da mühüm hadisə kimi dəyərləndirib: “Bu barədə xəbəri böyük sevinclə qarşıladıq. QMİ dini mərkəz olaraq bu məsələni diqqət mərkəzində saxlayacaq. İnşallah gələn il din xadimlərimizin iştirakı ilə Şuşada tədbir keçirməklə mühüm tədbirə öz töhfəmizi verəcəyik”.
Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçiriləsi planlaşdırılan Dünya Dini Liderlərinin III Samiti barədə də geniş məlumat verib, ISESKO-nun bu tədbirdə mötəbər heyətlə iştirak edəcəyinə inandığını bildirib: “Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən hər iki sammitdə dünyanın müxtəlif ölkələrindən dini konfessiyaların liderləri, görkəmli ictimai xadimlər iştirak edib, mühüm məsələlər müzakirə olunub. Növbəti sammitin də yüksək səviyyədə keçirilməsinə, dünyada dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edəcəyinə çalışacağıq”.
Səmimi qarşılanmaya görə QMİ sədrinə təşəkkür edən ISESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik dünyada nüfuzlu din xadimi kimi tanınan Allahşükür Paşazadə ilə növbəti dəfə görüşmək fürsəti əldə etməkdən məmnunluq duyduğunu dilə gətirib: “Şeyxülislam həzrətlərinin ürəyimdə çox əziz bir yeri var. Allaha şükürlər olsun ki, sizinlə yenidən görüşə bildim”.
Baş direktor Bakıda keçirdiyi rəsmi görüşlər barədə məlumat verərək Azərbaycanla ISESKO arasında yüksək səviyyəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inandığını bildirib: “Həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərdə çox səmimi qarşılandım, şəxsimə və rəhbərlik etdiyim təşkilata qarşı çox böyük hörmət bəsləndiyinin şahidi oldum. Azərbaycan dövlət rəhbərinin başçılığı ilə qələbəyə imza atıb. Xalqınızı bu münasibətlə ürəkdən təbrik edir, rifah və inkişaf arzulayıram”.
Salim bin Məhəmməd əl-Malik Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacağına inandığını qeyd edib. O, bildirib ki, ISESKO Azərbaycanda öz regional nümayəndəliyini də açmağı planlaşdırır. Qonaq bildirib ki, Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı ISESKO QMİ ilə strateji əməkdaşlıqda maraqlıdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, xatirə fotosu çəkilib.
Görüşdə İSESKO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Anar Kərimov, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Qəzənfər və Cavanşir Paşazadə iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi