Siyasi şərhçidən sensasion açıqlamalar: "Paşinyanın önündəki bütün maneələr bir-bir götürülür" - "Rusiya onunla əsas "haqq-hesab"ını..."
04-10-2023 [11:10]
"Azərbaycan-Rusiya-Türkiyə üçlüsü Paşinyana bu ilin sonunadək Azərbaycanla sülh sazişini imzalaması və Ermənistanın “3+3” formatına qoşulması üçün hər cür şərait yaradır, onun önündəki bütün maneələri bir-bir aradan götürür".
Mia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib.
Siyasi şərhçi bildirib ki, əgər 19-20 sentyabrda keçirilən antiterror əməliyyatlarıyla erməni faşizminin başı əzilmiş və Qarabağ mövzusu Ermənistanla sülh danışıqlarının tormozlayıcı predmeti olmaqdan çıxarılmışdısa, ardınca da sülh prosesini pozacaq terrorçu-separatçı hərəkatın əsas liderlərinin qandallanaraq Bakıya – DTX-nin təcridxanasına gətirilməsi Paşinyanın əlindən bütün bəhanələri almaq deməkdir:

ELXAN ŞÜKÜRLÜ
"Uzun illər Rusiya hərbi kəşfiyyatının nəzarətində olmuş separatçı liderləri Qarabağdan qaçırmaq və ya gizləmək imkanları olduğu halda, bölgədəki rusiyalı hərbçilərin buna əl atmaması bir daha təsdiqləyir ki, Kreml Azərbaycan-Türkiyə tandemiylə razılaşmasına sadiqdir və Ermənistanla sülh müqaviləsinin imzalanmasına da qətiyyən maneçilik törətmək niyyətində deyil.
Görünən odur ki, Rusiya qərbpərəst Paşinyanla əsas "haqq-hesab"ını məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonrakı dövrə planlaşdırır və Ermənistanın daxili siyasi həyatına Qarabağdan getmiş əhali vasitəsiylə təsir edəcək fiqurların həbsinə mane olmaması da bu niyyətin ifadəsidir: bir tərəfdən, Paşinyanın sülh üçün önündəki sədlər götürülür, ona konkret zaman tanınır, o biri tərəfdən də, öhdəliklərindən yenidən yayınacağı halda, Paşinyanı Vətənə xəyanətdə suçlayaraq silahlı yolla devirə və qətlə yetirə biləcək böyük bir qisasçı qüvvə hazırlanır".
Elxan Şükürlünün sözlərinə görə, çox böyük ehtimalla, hazırda Azərbaycan DTX-nin təcridxanasında saxlanılan və taleyi Azərbaycan Prezidenti İlham Əliyevin əlində olan terrorçu-separatçı liderlərdən – Vardanyan, Qukasyan, Saakyan, Harutunyan, İşxanyan, Manukyan, Mnatsakanyan kimi məşhur isimlərdən təkcə Koçaryan və Sarkisyanın yox, elə Paşinyanın da əleyhinə yetərli ifadələr alınacaq, yeni dəlil-sübutlar toplanacaq və bu ifadələr, dəlil-sübutlar həm onların və bütövlükdə Ermənistanın gələcək aqibətini, siyasi istiqamətini müəyyənləşdirəcək, həm də qalıcı sülhün ən böyük təminatı olacaq:
"İndi Paşinyanı sülh müqaviləsi imzalamaqdan yalnız Qərbin qəfil sui-qəsdi yayındıra bilər.
ABŞ prezidenti Baydenin son 3 il ərzində yıxmağa və dağıtmağa çalışdığı Putin-Əliyev-Ərdoğan ittifaqı Qərbin qanlı əllərinin Cənubi Qafqazdan kəsilməsi və regionun yenidən dizayn edilməsi üçün addım-addım irəliləyir...".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi