Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-10-2023 [00:31]
Qoç - Sizi maraqlı gün gözləyir. Macəra aramağa dəyməz. Olaylar sanki özləri sizi tapacaq. Riskli işlərə və avantüralara qatılmayın. Ətrafınızda yaşanan proseslərə vaxtında, dəqiq reaksiya verin. Kobud səhvləri istisna etmək üçün tələsik qərarlar verməyin. Yalnız belə olan halda uğur qazanacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə ciddi fikir ayrılıqları yarana bilər. Amma bu ixtilaflar çözüləndir. Təxribatlara uymayın, şayiələrə inanmayın.
Axşam saatlarında ünvanınıza xoş sözlər səslənəcək.
Buğa - Çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Mühüm işlərlə məşğul olmaq üçün vaxt tapılmaya bilər. Daim hansısa münaqişəli situasiyanı çözməli, səhvləri aradan qaldırmalı, işlərə nizam verməli olacaqsınız.
Nəqliyyat vasitəsini idarə edərkən ehtiyatlı olun.
Günün ikinci yarısında maliyyə fonu uğursuzdur. Münaqişə və mübahisələrə qatılmayın. Sizə birbaşa dəxli olmayan məsələlərin iştirakçısına çevrilməyin. İştirakınızın labüd və qaçılmaz olduğunu düşünsəniz də, başqasının problemlərini həll etməyə can atmayın.
Axşam saatlarını evdə, yaxın insanınızın yanında keçirin.
O insan sizi anlayacaq.
Əkizlər - Söhbətlər çox vaxt alacaq. Bu söhbətlər ilk baxışdan mənasız təsir bağışlasa da, belə deyil. Niyyət və planlarınızın reallaşması üçün yeni müttəfiqlər tapmaq, mühüm məlumat almaq imkanlarınız var.
Dəvət aldığınız toplantıya və ya məclisə qatılın. Orada peşəkar fəaliyyətiniz üçün faydalı tanışlıq mümkündür.
Günün ikinci yarısında yeni tanışlarla təmaslarda ehtiyatlı olun. Sirr və planlarınızı onlarla bölüşməyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - Günün ilk yarısında yaxın ətrafınızdakı insanların dəstək və təqdirinə ehtiyacınız var. Yardım alacaqsınız. Amma kömək istədiyiniz kimi olmayacaq. Müstəqil çalışmaqdan çəkinməyin.
Tərəfdaş və dostlarla diqqətlə davranın. Onları dəyərləndirdiyinizi göstərin. Bu münasibətlərə dəstək olmaqla yanaşı, ümumi işin xeyrinədir.
Günün ikinci yarısında xəyallara dalmayın. Baş verən hadisələrin trivial səbəbləri var. İlk dəfə gördüyünüz insanla uzun-uzadı danışmayın, onun dediklərinə uymayın.
İşgüzar danışıqlar üçün əlverişli zamandır. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin. Bu zaman kimsənin xətrinə dəyməyin. Haqlısınızsa, planlarınızı etibar etdiyiniz insanlara başa salın. Onlar sizin konkret situasiyada niyə belə davrandığınızı bilmək istəyirlər.
Günün ikinci yarısında yeni müttəfiqlər tapa bilərsiniz. Tərəfdaşlıq məhsuldar və uzunmüddətli olacaq. İşgüzar səfər, səyahət yaxşı olacaq. Axşam saatlarında normal istirahət edin.
Şir - İşgüzar danışıqlar üçün əlverişli gündür. Çoxdan bəri başladığınız, amma yarımçıq qoyduğunuz işi bu gün mütləq şəkildə bitirin. Yeni tərəfdaş və müttəfiq taparaq həllini gözləyən problemi çözün.
Yeni əməkdaşlıq uzunmüddətli olacaq.
Günün ikinci yarısında təmaslarda sərvaxt olun, diqqətli davranın. Danışıqlarda hisslərə qapılmayın, ləyaqətsiz insanların yalanlarına aldanmayın. Dəvət olduğunuz tədbirdə ilkin təəssürata əsaslanaraq fikir yürütməyin.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Qız - Prinsip etibarilə pis olmayan gündür. Xoş hadisələr ola bilər. Qarşınıza reallaşması ağır məqsədlər qoymayın. Kiçik irəliləyişlərlə kifayətlənin. Hədəfə doğru addım-addım, tələsmədən irəliləyin. İndi sizə yardım edən insanlar yaxın gələcəkdə müttəfiq və ya tərəfdaşınız olacaqlar. Günün ikinci yarısında ətrafınızdakı insanlar sizi diqqətlə izləyəcəklər. Onlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Uyğun situasiyadan istifadə edərək maraqlı və yeni tanışlığa nail ola bilərsiniz. Bu tanışlığın davamı romantik olacaq.
Tərəzi - Günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Asan və sadə zamandır. Çox işləyirsiniz. Usanmayın, diqqəti əsas məsələdən yayındırmayın. Mükafat və ödənişlər çox gecikməyəcək.
Yaradıcılıq potensialınızın səviyyəsi yüksək olmalıdır. Qəbul etdiyiniz qərarlar yüksək olsun.
Günün ikinci yarısında praktik olun, praqmatik hərəkətlər edin. İllüziyalara qapılaraq buludlarda pərvaz etməyin.
Yeni işlər üçün əlverişli zamandır. Biznes-layihəyə, əməliyyata başlamaq olar.
İntuisiyanızın səsini dinləyin. O, sizə dürüst yol göstərəcək.
Əqrəb - Kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən günün ilk yarısı uğurlu olacaq. Yardımçı və müttəfiq tapa biləcəksiniz. Nüfuzlu insanın yardımlarından istifadə edərək peşəkar uğurlar əldə edəcəksiniz. Təşəbbüskar olun, rəqibləri üstələməyə çalışın.
Günün ikinci yarısında ideyalarınızı müzakirə edin. Alternativ həll variantlarını arayın. Bu gün diqqət mərkəzində olacaqsınız. Situasiyadan faydalansanız, mövqeləriniz möhkəmlənəcək, daha səbatlı olacaq.
Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.
Oxatan - Gün narazılıq, narahatlıq və əndişə vəd edir. Problemlərə rəğmən, uğurlu zamandır. Peşəkar fəaliyyət müstəvisində yeni layihələr olacaq. Onları nəzərdən keçirin. Qeyri-standart metodlar uğur vəd edir.
Müxtəlif toplantılardan birində qarşılaşdığınız insandan qəfil işgüzar təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında ailə biznesi üçün münasib saatlar olacaq. Dəyər verdiyiniz insanla münasibətləri aydınlaşdırmaq mümkündür. Hisslərinizi gizlətməyin, emosiyalarınızı pərdələməyin.
Oğlaq - Günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar, irəliləyişlər mümkündür. Mürəkkəb layihəyə başlasanız, onu uğurla başa vurmaq üçün bütün vasitələrə əl atın. Yorucu, usandırıcı işlərdən uzaq durun.
Yeni işlərə başlayarkən diqqətli, sayıq davranın. Maraqlı insanla görüşəcəksiniz. Həmin adamda özünüzlə bağlı xoş təəssürat yaradın.
Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılıqları və ixtilaflar yaşanacaq. Sakit olun. Kompromiss həll taparaq problemi çözün. Yola çıxmaq, səfər və səyahət uğurlu alınacaq. Dəyərli hədiyyələr, köhnə tanışların xoş sürprizləri ola bilər.
Dolça - Çətinliklər az olmayacaq. Onların hamısını dəf etmək olar. Bunu anlayın və işlərin hansısa alınmayanda ruhdan düşməyin. Nüfuzlu adamla düşmən ola bilərsiniz. Çətinliklə də olsa, rəqibi üstələmək mümkündür.
İşdə həmkarlarla dil tapın. İndiyədək sizə qarşı aqressiv mövqe tutan insanla əməkdaşlıq cəhdinə can atmayın. Etibarsız adamla çalışmayın. Məkr, hiylə qurbanı ola bilərsiniz.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Zökəm və soyuqdəymə riski var. Profilaktiki tədbirlərə əl atın.
Sükan arxasında çox vaxt keçirməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Günün ilk yarısı yetərincə mürəkkəb olacaq. Səbrsiz olmayın. Əlverişli anı gözləmək üçün təmkinli olun. Buna ehtiyacınız var. Maksimum dərəcədə soyuqqanlı olun, emosiyaların təsirinə düşməyin. İşgüzar danışıqlar üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında diskussiya və müzakirələrdə konstruktiv mövqe tutun. Müstəqil iş üçün faydalı zamandır. Maliyyə problemləri istisna deyil. Bu maneələrin dəf edilməsində yaxınlarınız sizə həvəslə yardım edəcəklər. Sükan arxasında ehtiyatlı olun. Xoşagəlməz hadisə yaşana bilər.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi