Zakir Həsənov generalı yoxlatdırır, Rövşən Əkbərov etiraza qalxdı

img

03-06-2014 [19:51]


Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələrdə yoxlama tədbirləri general-leytenant Rövşən Əkbərova da çatıb. 


AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda gözlənilmədən yoxlamalara başlanılıb. Nazirliyin Baş İnspeksiyası tərəfindən aparılan yoxlamalar, qoşun növünün bütün istiqamətləri – maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir. 

Mənbə bildirir ki, Korpusda illik yoxlama yeni başa çatıbmış. Elə buna görə də yenidən və gözlənilmədən kompleks təftişin aparılması Rövşən Əkbərov tərəfindən etirazla qarşılanıb. Sonradan isə ona bildirilib ki, bu etiraz onun işini bir qədər də çətinləşdirə bilər.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, milli qəhrəmanla bağlı çox ciddi faktlar var və bu, nazirin diqqətinə çatdırıldıqdan sonra təcili yoxlamalara başlanılıb.

Xatırladaq ki, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ordunun tanınmış yüksək rütbəli zabitlərindədir. O, uzun müddət 1-ci Ordu Korpusunun komandiri olub. Keçmiş müdafiə naziri Səfər Əbiyevlə də münasibətlərinin olduqca soyuq olduğu medianın nəzərindən qaçmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA