Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə bir araya gəldi: nələr müzakirə olunub?
03-10-2023 [18:01]
Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Mia.az XİN-ə istinadla xəbər verir ki, Ceyhun Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoqun təşviqi, irqi ayrı-seçkilik, islamofobiya kimi təhdidlərlə mübarizə sahələrində ICESCO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib. Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb. Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb.
Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən anti-terror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.
Baş direktor Salim bin Məhəmməd əl-Malik, Azərbaycana səfərindən məmnunluq duyduğunu, ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı faydalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. ICESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR