03-06-2014 [18:00]
Mikayıl Nərimanoğlu:"Onlarbir müddət bundan öncədə bu cür bir turnir təşkil etmək istəyirdilər, lakin buna nail olmadılar”
Siyavuş Əliyev:"Onlar elə bu cür FİFA tərəfindən tanınmayan turnirlərdə iştirak edə bilərlər, lakin bu da qanuna ziddir”
Xəbər verdiyimiz kimi, Rusiyanın bir neçə tanınmış idman jurnalisti Azərbaycan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. Səfərdə məqsəd FİFA tərəfindən tanınmayan Beynəlxalq Həvəskar Futbol Assosiasiyasının təsisçisi və Qarabağ müharibəsinin iştirakçısı Armen Barxudaryanın təşəbbüsü ilə keçirilən futbol turnirində iştirakdan ibarətdir.
Onlar mayın 31-də Xankəndidə 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak edirlər.
Məlumata görə, Moskva komandasının tərkibində Rusiyanın "NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, "R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, "Perest” telekanalının idman müxbiri İqor Kıtmanov, "NTV Plyus”un şərhçisi Filipp Kudryavtsev də var. Onlar Xankəndidə çəkdirdikləri şəkli sosial şəbəkələrdə yayımlayıb.
Məsələ ilə əlaqədar, AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərmanoğlu və İdman Azərbaycan telekanalının aparıcısı Siyavuş Əliyevlə əlaqə saxladıq. Müsahiblərimiz də, açıqlamalarındaXeberLent.azinformasiya agentliyinə bunları dedilər:
Mikayıl Nərimanoğlu
"Bilirsiniz, bu onların ilk belə cəhti deyil. Bundan öncə də, onlar bizim torpaqlarımızda bu cür futbol turnirləri təşkil etmək istəmişdilər. Ancaq bunu birmənalı olaraq vurğulayım ki, AFFA-nın nizamnaməsinə və icrayə komitəsinin qərarlarına uyğun olaraq, Azərbaycan ərazisində bizim qurumun icazəsi olmadan hər-hansı bir futbol turniri təşkil etmək qadağandır. Xatırlayırsınızsa, İsveçrə erməniləri bir müddət bundan öncədə bu cür bir turnir təşkil etmək istəyirdilər, lakin bizim UEFA və FİFA-ya şikayətimizdən sonra bu turnir öz müsbət həllini tapmadı”.
Siyavuş Əliyev
"Ümumiyyətlə, ruslar hər zaman ermənipərəstliyi ilə seçiliblər. Nəzər salsanız, görərsiniz ki, onların bir çox kanallarının başında ermənilər və ermənipərəst insanlar dururlar. Bəlkəm də, elə bu kanallar vurğuladığım kanallardandır. Ancaq məsələnin bu həddə gəlib çatmasında bizimdə günahımız var. Bu işlə məncə AFFA daha yaxından maraqlanmalıdır. Ümumiyyətlə, belə oyunların heç bir əhəmiyyəti yoxdur. Onlar elə bu cür FİFA və UEFA tərəfindən tanınmayan turnirlərdə iştirak edə bilərlər, lakin bu da qanuna ziddir”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dağlıq Qarabağa istənilən səfər qeyri-qanuni hesab edilir. Bu səfərə gedən şəxslər rəsmi Bakı tərəfindən "persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunur. Bu halda onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi