ƏƏSMN-dən "Səlim Müslümovun biabırçı təyinatları" yazısına reaksiya

img

03-06-2014 [17:40]



Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyindən "Səlim Müslümovun biabırçı təyinatları – Şöbə rəisi gəlininə də vəzifə verib" başlıqlı yazıya reaksiya verilib. 

Bu barədə mia-ya açıqlama verən ƏƏSMN ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib ki, yazıda qeyd olunan məsələlər həqiqəti əks etdirmir: "Şəlalə Cəfərova indiyə qədər ancaq özəl şirkətlərdə deyil 1990-1997-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində aparıcı iqtisadçı vəzifəsində işləyib. Bir müddət Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2005-ci ilin noyabrında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçotun təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Şəlalə xanımın gəlinin rəhbərlik etdiyi şöbədə işləməsinə gəldikdə isə belə bir fakt mövcud deyil. İki övlad anası olan Şəlalə xanımı övladları hazırda təhsil alırlar və evli deyillər".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA