Azərbaycanda zəlzələ təhlükəsi olan bölgələr açıqlandı

img

03-06-2014 [13:34]


Hazırda Azərbaycanda daha çox qırılma və seysmik aktivlik müşahidə olunan rayonların adları açıqlanıb.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, zəlzələlər üçün aktivlik hələlik Azərbaycanın 3-4 regionunda müşahidə olunur.
Q. Yetirmişlinin sözlərinə görə, hazırda Şamaxı-İsmayıllı, Orta Xəzər və Talış bölgəsində aktivlik var.

O, qeyd edib ki, ötən ayın sonlarında Şəki ərazisində aktivlik vardı və 3-4 gün baş verən zəif təkanlar nəticəsində aktivlik nisbətən azalıb: "Yer daxilində daima hərəkətlər var və blokların, plitələrin hərəkəti müşahidə olunur. Qırılmalar boyu bloklar arasında parçalanmalar gedir və bunların nəticəsində də zəlzələlər baş verir. Respublikanın hər yerində elə gün yoxdur ki, zəlzələ olmasın. Sadəcə onların gücü, maqnitudası 3-dən yuxarı olduqda bu barədə məlumatlar verilir. Proses başladığından qırılma boyu bir neçə gün davam edir. Bir statistikanı qeyd edim ki, Azərbaycanda mayın 27-dən iyunun 1-dək 100-ə yaxın təkan olub. Onların içərisində ən güclü zəlzələ maqnitudası 3.6 olan Xəzər dənizində baş verib”.
Q. Yetirmişli qeyd edib ki, zəlzələnin qarşısını almaq qeyri-mümkündür. Ancaq onun riskini qiymətləndirməklə nəticəni minimuma endirməyin mümkün olduğunu deyən baş direktorun sözlərinə görə, bu istiqamətdə zəlzələyə davamlı tikintilərin aparılması, infrastrukturun həmin zəlzələyə davamlılığını qiymətləndirilməsi nöqteyi-nəzərdən işlər aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA