İcra başçısı zavod direktorununu iki milyonluq obyektini sökdürdü - ÖZƏL

img

03-06-2014 [13:08]


Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev daha bir sahibkarın obyektini sökdürüb.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, icra başçısı Memar Əcəmi metrostansiyasının yanındakı parkda yerləşən və Saatlı Pambıq zavodunun sabiq direktoru Eldar Əhədova məxsus olan restoranı "təmizlətdirib”.

Başçı bunu ərazidə yeni stansiya çəkilişi ilə əlaqələndirib. Lakin sabiq zavod direktoruna kompensasiya verilməməsi vəziyyəti gərginləşdirib: "Söhbət pula gələndə isə söküntünü "Metropoliten”inin rəisi Zaur Hüseynovun üstünə atıblar”.

 Məlumatda bildirilir ki, sökülən restoranın yerində hazırda yaşıllıq və digər abadlıq işləri aparılır.

 MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA