Şəkidə “Kalaşnikov”la dolaşan keçmiş məhkum tutulub
28-09-2023 [09:36]
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən, eləcə də üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 16 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində avtomat silahı gəzdirməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Cavidan Musayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində silahı bir neçə il əvvəl tapdığını və müxtəlif yerlərdə gizlədərək üzərində gəzdirdiyini bildirib. Ekspertizanın da rəyinə əsasən C.Musayevdən götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində iranlı narkotacir “Mövsüm” adlı şəxs tərəfindən kuryerliyə cəlb edilən Gəncə şəhər sakini Amil Tağıyev saxlanılıb. Sonuncu dəfə o, narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında əvvəlcədən ona göndərilən ünvana çatdırmağa razılaşsa da, ancaq polis əməkdaşları tərəfindən yaxalanıb. Üzərində daşıdığı bağlamaya baxış keçirilərkən müxtəlif növ narkotik vasitə və psixotrop maddə - tərkibi psixotrop maddələrlə zənginləşdirilən 4 kiloqram 420 qram qurudulmuş marixuana, 515 qram heroin, o cümlədən 54 qram metamfetamin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən Şəki rayonunda keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan cinayətkar qrup yaxalanıb. Həmin şəxslərin əvvəllər məhkum olunmuş Alim Cabbarov, Elman Şirinov və Faiq Mustafayev olduqları müəyyən edilib. Onlardan ümumi çəkisi 4 kiloqram 450 qram olan müxtəlif narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər silsilə əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan daha 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 15 kiloqrama yaxın müxtəlif növ güclü təsiredici narkotik vasitələr və yaş halda çəkisi 75 kiloqramdan artıq 360 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi