1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində şübhəli yoxlama – Nazir qərar verdi (ÖZƏL)

img

03-06-2014 [01:27]



1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin kompleks yoxlama başlayıb.

 

Mia.az xəbər verir ki, həmin məhkəmənin sədri Müseyib Hüseynovun zaman-zaman səlahiyyətlərindən sui-istifadə edərək, sədri olduğu məhkəmənin hakimlərinin qərarlarına təsir etməsi barədə yayılan xəbərlərdən sonra bu yoxlamanın başlanması təsadüfi deyil.

 

Bu barədə Mia.az-a Məhkəmə-Hüquq Şurasından məlumat daxil olub. Bildirilir ki, Müseyib Hüseynovun sədri olduğu məhkəmədə kərgüzarlıq  işlərindən tutmuş, məhkəmə qətnamə qərardadlarına qədər kompleks yoxlamaya start verilib.

 

Mia.az-a verilən məlumata görə, məhkəmə sədrinin haqqında bir qədər əvvəl yaşanan mənzil qalmaqalı da (sədrini özgənin əmlakını ələ keçirməsi haqda dövrü mətbuatda yayılıb) yoxlamanın nəticələrinə təsir göstərə bilər.

 

Məlumatda yoxlamanın zaman bitəcəyinin bilinmədiyi bildirilir: «Bilinən odur ki, bu yoxlama məhkəmə sədrini həddən artıq tədirgin edib. Görünür, o, vəziyyətin gərginliyinin yoxlamanın arxasında hansı niyyətin gizləndiyini dəqiq bilir».

 

Xatırladlaq ki, Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.

 

Məsələ ilə bağlı Müseyib Hüseynovun münasibətini dinləməyə hazırıq.


Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA