Xocalı görüşünün detalları: Yevlax görüşündən fərqli olaraq... - TƏHLİL
26-09-2023 [12:24]
Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş baş tutuB.
Görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edib.
Yevlaxdan sonra Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşün Xocalıda keçirilməsi diqqət çəkir. Məsələ ondadır ki, növbəti görüş yeri kimi paytaxt Bakı, ya da başqa bir şəhərin nəzərdə tutulacağı gözlənilirdi. Bundan başqa Azərbaycan mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlər arasındakı ilk təmas da məhz Xocalıda baş tutmuşdu.
Bununla belə, görüşün Xocalıda baş tutması narahatlıq üçün əsas deyil. Belə ki, ikinci Xocalı görüşü ilə birinci Xocalı görüşü eyni reallıqlarda və şərtlərdə baş tutmadı. Nəzər almaq lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri bir neçə gün öncə uğurlu lokal antiterror tədbirləri həyata keçirdi və cəmi bir sutka ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur etdi.
Yevlax görüşündən sonra isə Azərbaycan ordusunun Xocalı və Ağdərədə olmasını əks etdirən foto və video materiallar yayıldı. Yəni indiki məqamda görüş Xocalıda reallıqlar artıq Azərbaycan mərkəzi hakimiyyətinin xeyrinə dəyişib.
Yevlax görüşündən fərqli olaraq Xocalıda baş tutan görüşün keçirildiyi məkanda Azərbaycan dövlət atributlarının yer almaması da diqqətçəkən bir detaldır. Ehtimal ki, bu görüşün Rusiya sülhməramlıların Xocalıda yerləşən mərkəzi qərargahında keçirildiyinə dəlalət edir.
Bununla belə, Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələrinin yaxa sancaqlarında Azərbaycan bayrağının əks olunması və fotolardakı bədən dili üstün tərəfin kim olduğunu aydın şəkildə göstərir.
Görüşdə müzakirə edilən məsələlərə gəldikə isə konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub. Yəni Xocalı görüşünü Yevlax görüşünün davamı kimi də anlamaq olar.
Yevlax görüşündə razılaşdırılan və icrası tamamlanan məsələlər müzakirələr edildiyi kimi, habelə əvvəlki görüşdə razılığı mümkün olmayan məsələlərin müzakirəsinin olduğunu demək olar.
Misal üçün, Yevlax görüşündən sonra erməni icmasının nümayəndələrinin xahişi əsasında Xankəndi və ətraf ərazilərə humanitar yüklər çatdırıldı, habelə Xankəndi şəhərinin elektrik enerjisi Ermənistandan ayrılaraq Azərbaycana qoşulması gerçəkləşdi.
Mümkündür ki, görüş zamanı Xankəndidəki qondarma qurum hökumət və parlamentin buraxılmasına dair mərkəzi hakimiyyətin tələbləri çatdırılıb. Bu məsələdə konkret razılığın əldə edildiyini demək çətindir. Hətta ermənilərin hələlik müqavimət belə göstərdiyini demək olar. Təsadüfi deyil ki, Xocalı görüşündən sonra Xankəndidə yanacaq məntəqəsində partlayış baş verdi. Hadisə nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir.
Əsas tələb kimi hava məkanının açılması da diqqət çəkir. Görünən odur ki, bu yolla separatçı hökümətin də Ermənistana köçürülməsi planlaşdırılır. Bu həm də mühacir hökümət kimi separatçı fəaliyyətin Azərbaycan xaricində aparılmasını təmin edə bilər.
Nəticə etiabri ilə Qarabağ ermənilərinə yalnız və yalnız Azərbaycan konstitusiyasında göstərildiyi kimi milli azlıq statusu verilə bilər. Bunun xaricinə veriləcək bir status gələcəkdə bizim başımızı çox ağrıda bilər. Qondarma hökümət özünü buraxmalı, separatçı liderlər amnistiya üçün müraciət etməlidir. Əks təqdirdə onların ölkədən buraxılması da ciddi problemlər yarada bilər.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi