Bakıda piyada keçidi uçdu - 6 yaralı+ Yenilənib

img

02-06-2014 [21:08]


Bakı şəhərində piyada keçidinin uçması nəticəsində 6 nəfər xəsarət alıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb.

Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

***

Bakıda yerüstü piyada keçidi uçub.

"Qafqazinfo" xəbər verir ki, Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, "Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA