02-06-2014 [17:13]
«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə daha bir tədbir keçirib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr” adlı layihə çərçivəsində baş tutan tədbirdə DYP əməkdaşları, Baş Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, şagirdlər, gənc sürücülər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzinin avtoşəhərciyində baş tutan tədbirdə çıxış edən mərkəz rəhbərliyi uşaqlara göstərilən dövlət qayğısından danışıb, ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın daim uşaqların yanında olduğunu bildirib.
Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, uşaqların qorumaq hər bir valideynin borcudur. Son vaxtlar baş verən yol qəzaları qurbanları arasında uşaqların sayının artdığını deyən DYP rəsmisi qeyd edib ki, uşaqların yol qəzalarından qorunması onların orta məktəblərdə aldığı təlim-tərbiyyədən asılıdır.
«Jurnalistika və İnkişaf Mərkəzi»nin sədri Elməddin Muradlı isə bu ilin 4 ayı ərzində ölkə üzrə baş vermiş yol qəzalarında 21 azyaşlının həlak olmasını, 47-nin isə yaralanmasını ağır nəticə kimi qiymətləndirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr yol hərəkəti təhlükəsizliyinə xidmət edir və əsasın orta məktəbləri əhatə edir. Uşaqların yol hərəkəti qaydalarını öyrənməyə həvəslə yanaşdığını deyən təşkilat sədri bildirib ki, valideynlər bu işdə maraqlı olmalıdır: «Elə valideynlər var ki, bəlkə də ömründə bir dəfə də övladına demir ki, yolu necə keçmək lazımdır, piyada keçidi, svetafor nədir və ya nə üçün lazımdır. Belə ailələr var və təəssüflər olsun ki, faciə baş verdikdən sonra sanki yuxudan ayılırlar. Uşaqları qorumaq hər birimizin borcudur. Heç bir valideyn istəməz ki, uşağının barmağına daş dəysin. Amma hər bir valideyn də daşın dəyməməsi üçün vaxtında təlim-tərbiyyə işə ciddi məşğul olmalıdır».
Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, uşaqlar yol hərəkətinin ən zəif və köməksiz iştirakçıları olduğu üçün sürücülər onlara qarşı xüsusilə diqqətlə yanaşmalıdırlar: «Uşaqların da yaşamaq, böyüyüb layiqli vətəndaş olmaq hüququ var. Lakin təəssüflər olsun ki, bəzi böyüklərin səhvi ucbatından il ərzində onlarla uşağın ömrü yarımçıq qalır».
Tədbirin sonunda sürücülər üçün müasir təlim mərkəzində əyani vəsaiətlərdən istifadə etməklə təlim keçirilib, «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən çap olunan maarifləndirici materiallar uşaqlara və sürücü valideynlərə paylanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi