"Süni tənəffüs aparatına qoşulub" - Komaya düşən deputatla bağlı açıqlamalar (VİDEO) -Yenilənib
25-09-2023 [11:54]
"Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirlir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir".
Mia.az xəbər verir ki, bu barədə adıçəkilən xəstəxana məlumat yayıb.
Bildirilib ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə edilib: "Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisalı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.
Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirlir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır".
***
Millət vəkili Qənirə Paşayevanın vəziyyətilə bağlı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev danışıb.
Baş həkim “Xəzər Xəbər”ə bildirib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiyada davam etdirilir. Onun sözlərinə görə, vəziyyətində cüzi stabilləşmə var.
Kamran Musayev əlavə edib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin nəzarəti altındadır.
Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev isə onun vəziyyətiylə bağlı bildirib ki, cüzi də olsa yaxşılaşma var.
Millət vəkilinin səhhətindəki durumla bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 23-ü saat 03:01 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi