Vasif Adıgözəlovun oğluna yeni vəzifə verildi

img

02-06-2014 [16:22]


Mərkəzi Klinik Xəstəxanaya yeni baş direktor təyin edilib və bu vəzifənin icrası Toğrul Adıgözəlova tapşırılıb.  İndiyə qədər Mərkəzi Klinik Xəstəxananın direktoru türkiyəli Melikşah Acuner olub. Toğrul Adıgözəlov isə "Caspian İnternational Hospital”ın direktoru vəzifəsində çalışıb.

Modern.az saytına Toğrul Adıgözəlovla bağlı əlavə bilgilər məlum olub. Mərkəzi Klinik Xəstəxanadan saytımıza bildirilib ki, Toğrul Adıgözəlov Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğludur. Yeni Baş direktorun qardaşı Yalçın Adıgözəlov da Azərbaycanda tanınmış dirijordur.

Yeri gəlmişkən, Toğrul Adıgözəlov əvvəllər - 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan "Leyla Şıxlinskayanın Klinikası”nın baş həkimi vəzifəsində işləyib. 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bildi və onu bağlanmağa qoymadı. 
Mərkəzi Klinik Xəstəxanaya yeni baş direktor təyinatı barədə ilk xəbəri APA yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA