Surət Hüseynova məxsus olduğu iddia edilən villa - VİDEO

img

02-06-2014 [15:49]


21 il əvvəl - 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov qiyam etdi. Onun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Hakimiyyətin Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissəni tərksilah etməklə bağlı həyata keçirdiyi əməliyyat uğursuz oldu, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri Surət Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi astanasına gəldi. Bir neçə gün ərində Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşdi. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Bunun ardınca Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başladı. 15 iyun 1993-cü ildə isə Milli Məclisin iclasında prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçildi. Həmin proseslər zamanı baş nazir postunu tutmağa nail olan Surət Hüseynov sonradan yeni hakimiyyətə qarşı çıxmağa başladı. Təcrübəli dövlət adamı olan Heydər Əliyev onun üsyanının qarşısını aldı, Surət Hüseynov həbs olundu. Ömürlük həbs cəzasına məhkum edilən Surət Hüseynov 2004-cü ildə prezident İlham Əliyev tərəfindən əfv edildi. Həbsdən sonra daha çox Azərbaycandan kənarda yaşayan Sürət Hüseynovun bizneslə məşğul olduğu bildirilir. Bir qədər öncə isə You Tube-da onun xaricdəki villasının videosu yayılıb. Teleqraf.com Surət Hüseynova məxsus oldugu iddia edilən villanin videosunu təqdim edir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA