02-06-2014 [12:58]
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı ciddi problemlər var. Ən başlıcası isə evakuasiya işinə əksər hallarda yol polisi əməkdaşlarının deyil, Çevik Polis Alayının əməkdaşlarının cəlb olunmasıdır. Bəzi hallarda heç polis də olmadan mülki həxslər istədikləri yerdən avtomobili evakuasiya edirlər. Görəsən, bu adamların, elə Çevik Polis Alayı əməkdaşlarının anlayışı varmı haradan, hansı yol nişanın təsir zonasından avtomobili evakuasiya etmək olar və ya olmaz? Elə bu videomateralı baxmaq bu sualın cavabına aydınlıq gətirəcək.
Avtosfer.az saytının təqdimatında izlədiyiniz video həvəskar sürücü tərəfindən bu il aprelin 10-da Bakının mərkəzi küçələrindən birində, Axundov parkının arxa tərəfində çəkilib. Kadrlardan görünür ki, polis əməkdaşı yol polisi işçisi deyil. Onun əmri ilə evakuasiya edilən «Jiquli» markalı avtomobilin sahibi isə elə oradadır. Avtomobilin qapısı açıqdır. Maşın sahibi nə qədər çalışsa da, polis əməkdaşı avtomobili evakuatordan düşürmür. Bu azmış ki, polis əməkdaşı sürücüyə təzyiq göstərir, onu itələyib evakuasiya prosesinə maneə yaratmamağı tövsiyyə edir. Sürücünün bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşı onu ora-bura itələyib avtomobili cərimə meydançasına aparır.
Qanunvericiliyə görə, evakuasiya olunan avtomobil hətta evakuatorun üstünə yüklənmiş vəziyyətdə olsa belə sürücü yaxınlaşıb özünü təqdim edirsə, avtomobil dərhal evakuatordan düşürülməli və sürücüyə dayanma-durma qaydasını pozduğuna görə yerindəcə inzibati protokol tərtib olunmalıdır. Bizim təqdim etdiyimiz videoda isə tam tərsini görürük. Çünki yerində protokol tərtib etməklə sürücüyə 20 manat cərimə yazılırsa, avtomobil cərimə meydançasına aparılırsa, orada heç bir qəbz təqdim etmədən, heç bir protokol tərtib olunmadan rahatlıqla 40 manat alırlar. Üstəlik, tam əminliklə demək olar ki, evakuasiyanı həyata keçirən polis əməkdaşı yol polisi işçisi olmadığı üçün ona hansısa sürücüyə protokol tərtib etmək hüququ verilməyib. Ümumiyyətlə, təcrübə göstərir ki, evakuasiya işinə cəlb olunmuş polis əməkdaşlarında protokol olmur. Onlar yalnız avtomobilləri daşımaqla məşğuldurlar. Həm də onlar çox nadir hallarda sürücünün tələbini yerinə yetirib avtomibili evakuatordan düşürürlər. Bu zaman isə onlarda protokol olmadığı üçün sürücüyə qarşı heç bir tədbir görə bilmirlər. Bir növ, ovu əldən çıxmış ovçu kimi, dilxor olurlar.
Elə bu videodan da aydın oldu ki, bu polisin qayda-qanundan xəbəri yoxdur və sadəcə olaraq, öz bildiyini edir. Özü özbaşına qərar qəbul edir və avtomobil sahibinin tələblərini əhəmiyyətsiz sayır. Hər halda, yol polisi bu biabırçılığa münasibət bildirməli və həmin əməkdaşın törətdiyi kobud qayda pozuntusuna uyğun cəza tətbiq etməlidir. Çünki o, qanuna əməl etmir, zorla evakuasiya edir, üstəlik, özbaşına olaraq həmin avtomobilə minir. Amma özünü işgüzar göstərmək üçün fotoçəkiliş də aparır. Maraqlıdır, görəsən o, nəyi çəkir?Onun özünün çəkildiyindən xəbəri varmı?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi