Bakının şərtləri qəbul olundu: bəs, bundan sonra nələr olacaq? - TƏHLİL
20-09-2023 [18:41]
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri bu gün saat 13:00-dan etibarən tam dayandırıldı.
Buna səbəb qarşı tərəfin Azərbaycanın şərtləri əsasında danışıqlar masasına oturmağa hazır olduğunu bildirməsi oldu.
Erməni sakinlərin nümayəndələri rəsmi Bakının üç şərtini qəbul etdi:
1. Hərbi əməliyyatlar dayandırılacaq;
2. Qarabağdan Ermənistan silahlı qüvvələrinin
qalıqları silah və texnikalar habelə separatçı silahlı qüvvələr tərk-silah edilib ərazidən çıxarılacaq;
3. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək;
Erməni ordusunun hərbçilərinin, habelə separatçıların hərbi birləşmələrinin ərazimizdən çıxarılması, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüşün keçiriləcək olması müsbət hadisədir.
Xüsusilə hərbi birləşmələrin ərazidən çıxarılması lokal toqquşmalar riskini ciddi ölçüdə azaldır. Reinteqrasiya prosesi çərçivəsində Yevlaxda görüşün keçirilməsi isə qarşı tərəfin dövlət statusundan imtina etdiyi, Azərbaycanın daxili subyekti olduğunu qəbul etməsi deməkdir.
Burada sual doğuran məqamlar da var:
Birincisi, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxıb, tam şəkildə tərk-silah olunaraq Azərbaycan ərazilərini tərk edəcəkləri deyilsə də, separatçılar vaxt qazanmaq üçün də bu yola əl ata bilər. Digər tərəfdən proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi də bu narahatlığı artırır.
Məsələ ondadır ki, 2020-ci ildə də 10 Noyabr bəyanatının dördücü bəndinə əsasən Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edilib, ərazini tərk etməli, paralel olaraq da sülhməramlılar əraziyə gəlməli idi. Lakin sülhməramlılar regiona gəlsə də, nə Ermənistan silahlı qüvvələrinin birləşmələri, nə də qeyri-qanuni erməni silahlı dəstələri regiondan çıxarıldı.
İkincisi, bugünkü açıqlamada artıq məhv olmuş separatçı “hökumət” və “parlament”, habelə ona bağlı yerli “özünüidarəetmə orqanlarının” özünü buraxması, “polis” və bu qəbildən olan silahlı “təhlükəsizlik qüvvələrinin” tərk-silah edilməsinə dair heç bir nüans qeyd edilmədi.
Qarabağ ermənilərinə yalnız “milli azlıq” statusu verilə bilər. Qondarma “hökumət” və “parlamentin” buraxılmaması ermənilərin muxtariyyət tələblərinin hələ də aktual olduğunu göstərir.
Üçüncüsü, sentyabr 21-də Yevlaxda keçiriləcək görüşdə tərəflərin müzakirə edəcəyi məsələlər məlum deyil. Məsələ ondadır ki, bütün bu proseslər başlamadan öncə Rusiya XİN başçısı Sergey Lavrovun hazırladığı deyilən 14 maddəlik sənəd Rusiya və erməni mediasında geniş şəkildə tirajlandı. Sənədin mahiyyəti ümumi mənada ermənilərə yüksək muxtariyyət ehtiva edirdi. Düzdür, sabahkı görüşdə bu sənəd əsasında müzakirənin olub-olmayacağı haqda nəsə demək çətindir, lakin ehtiyatı əldən vermək olmaz. Bu sənəd bizim maraqlarımıza qətiyyən uyğun deyil.
Dördüncüsü, Rusiya Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqlarını, habelə separatçı silahlı qüvvələri çıxarmasından sonra sülhməramlı kontingentin sayını artırmaq istəyə bilər.
Yuxarıda qeyd etdiklərim ehtimal risk faktorlarıdır.
Antiterror tədbirlərinin cəmi bir gün ərzində nəticə verməsi, şübhəsiz ki, ölkəmizin və ordumuzun uğuru, qələbəsidir. Hərb meydanında əldə etdiyimiz nəticəni Yevlax görüşündə masada təkrarlamalıyıq.
Sabahkı danışıqlarda mövqeyimizdən geri addım atmamalı, tələblərimizi diktə etməliyik. Xüsusilə Qarabağ ermənilərinə “milli azlıq” statusundan başqa statusun verilməsi qəbul edilməməlidir. Onlar da digər “milli azlıq”lar kimi Azərbaycan konstitusiyasında qeyd edilən imtiyazlardan faydalana bilər. Qondarma “hökumətin” və “parlamentin” buraxılması, erməni icmasına Bakının seçdiyi şəxsin rəhbərlik etməsi təmin olunmalıdır.
Separatçıların keçmiş “rəhbərləri”nin, I və II Qarabağ müharibəsində ordumuza və mülki əhaliyə qarşı qəddarlıq etmiş şəxslərin təhvil verilməsi də mütləq gerçəkləşməlidir. Bu şəxslər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər.
Bütün bunlara nail ola bilsək, “Qarabağ münaqişəsi birdəfəlik bitdi” deyə bilərik. Bu həm də Azərbaycana postsovet məkanında münaqişə həll etmiş tək ölkə statusu verəcək.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi