Şirvanda şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə olunub - FOTOLAR
20-09-2023 [18:26]
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə edilib.
Mia.az xəbər evrir ki, öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin başlanıldığını diqqətə çatdıraraq, hazırda ərazidə səyyar beton zavodun quraşdırıldığını və elektrik xətlərinin çəkildiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirən, qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artırılmasında yaxından iştirak edən şəhərimizin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinin qeyd edilməsinə hazırlıqla əlaqədar bir sıra işlər görüldüyünü, şəhər İcra Hakimiyyəti başçısının 24.08.2023 tarixli, 201 nömrəli “Şirvan şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar Təşkilat Komitəsi və Təşəbbüs qrupu yaradıldığını, “Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.
Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov çıxış edərək, şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr barədə məlumat verib. Bildirib ki, 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ulu öndərin adını daşıyan park və meydanda yenidənqurma, əsaslı və cari təmir işləri aparılmış, Heydər Əliyev parkında mövcud işıqlandırma sistemində yeni yeraltı elektrik xətləri çəkilmiş, qənaətli led plafonlar və lampalar quraşdırılmış, işıq dirəkləri rənglənmişdir. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev meydanındakı fəvvarə əsaslı təmir olunmuş, sualtı lampalar və elektrik naqilləri yenilənmiş, yeni transformatorlar quraşdırılmışdır.
Şəhər ərazisində ağacların (sərv, şam, tuya, leylandr və s.) kütləvi quruması və bioloji inkişafdan qalması səbəblərinin araşdırılması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 9 dekabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuş, nazirliyin aidiyyəti nümayəndələrinin şəhər ərazisində araşdırması nəticəsində ağacların vəziyyəti ilə bağlı verilmiş rəydə “Orthotomicus erosus” qabıq böcəklərinin və “Leucaspis pusilla” adi şam yastıcasının eldar şamı ağaclarına ciddi zərər vurduğu və ağacların quruyaraq sıradan çıxdığı müəyyən olunmuşdur. Qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığı, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğu bildirilmiş, operativ olaraq kəsilib götürülməsi və utilizasiya olunması tövsiyə edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Heydər Əliyev parkında və digər ərazilərdə xəstəliyə yoluxmuş ağacların kəsilərək utilizasiyası işləri təmin edilmişdir.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi