MN: "Erməni hərbçilərin könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır"
20-09-2023 [13:19]
"Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb".
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.
MN sözçüsü qeyd edib ki, bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında ermənilərin şəxsi heyətinin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır.
MN rəsmisi bildirib ki, onlara bu halda heç bir zərbə endirilməyib.
***
Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib.
Mia.az xəbər verir ki, Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə indiyədək olan məlumatları diqqətə çatdırıb.
Onun sözlərinə görə, keçirilən tədbirlər çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib: "Bununla bağlı videomateriallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunub. Bu saata olan məlumata əsasən Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib".
MN rəsmisi bildirib ki, silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər: "Bu faktlar sizə təqdim edəcəyimiz videoda öz əksini tapıb. Tədbirlər zamanı Ermənistan tərəfi mütəmadi olaraq müxtəlif məzmunlu yalan məlumatlar yayıb. İctimaiyyətə, media mənsublarına və sosial media istifadəçilərinə qarşı tərəfin dezinformasiyalarına əhəmiyyət verməməyi və Müdafiə Nazirliyi tərəfindən paylaşılan rəsmi məlumatlara istinad etməyi tövsiyə edirik.
Bundan başqa, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırışlar edilir. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaqla pul və ərzaq istənilir. Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir. Bildirirəm ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması üçün bütün zəruri işlər görülüb, bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir".
Sonra Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması iştirakçılara çatdırılıb:
"Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".
Brifinqin sonunda qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı qoşunlara müvafiq göstərişlər verib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi