ŞOK: Quba rayon Rəngidar kəndində 16 uşaq məktəbə getmir

img

02-06-2014 [12:04]


Quba rayon Rəngidar kəndində 16 uşaq məktəbsiz qalıb. Kəndin məktəbi naməlum səbəblərdən bağlıdır. Valideynlər Birlik.az saytına şikayət edərək kəndi gələcək nəslin necə olacağından narahatdılar. Kənddə 20 ev var. Kəndin ağsaqqalları adından danışan valideynlərdən biri –Seyfəddinov Şühabəddin (telefon nömrəsinin jurnalistlərə açıq olduğunu bildirir: 051 307 3537) qeyd etdi ki, "kəndimizdəki məktəb 4 illikdir. 2 ildir məktəb bağlıdır. 4-cü sinfə qədər oxumalı olan azyaşlılar qonşu kənddə olan məktəbə gedə bilmirlər. 2-3 kilometr məsafə var arada. Nə marşurut var, nə də ki, yollar abaddır. Başımız çıxmır ki, kəndimizdə məktəb ola-ola, niyə bu məktəb bağlanmalıdır. Hazırda 15-16 azyaşlı uşaq təhsildən kənar qalıb.”

Birlik.az saytıolaraq Təhsil Nazirliyinin qaynar xəttinə zəng etdik. Qaynar xətdən saytımıza bildirdilər ki, bizim xəbərimiz yoxdur, Quba Rayon Təhsil Şöbəsinə zəng edin.

Quba Rayon Təhsil Şöbəsinə zəng etdik. Şöbənin adını öyrənə bilmədiyimiz məsləhətçisi saytımıza dedi ki, bununla bağlı şöbənin müdiri danışa bilər. Və gözləyin sizə cavab verəcəyik. Məsələni gündəmdə saxlayacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA