Paşinyan Hitleri MÜDAFİƏ etdi - 100-dən çox yəhudi din xadimi Qarabağa görə AYAĞA QALXDI
19-09-2023 [13:44]
Bakı Yəhudi Məktəbinin direktoru, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayevin təşəbbüsü ilə Amerika və Avropanın 100-dən çox aparıcı ravvini Ermənistanın Azərbaycan əleyhinə aparılan kampaniyasına qarşı çıxıb.
Bu barədə “The Times of İsrael” xəbər yayıb.
Qəzet bildirib ki, müraciətə imza atan yəhudi din xadimləri (Qarabağ) ermənilərin Holokostla müqayisə olunmasına etiraz edirlər. https://www.timesofisrael.com/in-unusual-move-chabad-rabbis-in-europe-condemn-armenian-holocaust-comparisons/ (Qeyri-adi hərəkətlə Avropadakı ravvinlər ermənilərin Holokost ilə müqayisəsi pisləyirlər) adlı məqalədə deyilir ki, Ermənistan rəqibi Azərbaycanın nüfuzuna xələl gətirmək üçün soyqırımla bağlı həqiqətləri təhrif edir.
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Holokostu gözdən salan, onun əhəmiyyətini kiçildən ifadələr işlənir. Belə ki, “qetto”, “soyqırım” və “xolokost” kimi ifadələr dəhşətli Holokost qurbanlarının və bütövlükdə yəhudi xalqının yaşadığı əzablardan qaynaqlanır.
Paşinyan iyul ayında verdiyi müsahibədə Azərbaycanın Dağlıq Qarabağda “sözün hərfi mənasında getto yaratdığını” deyib. Paşinyan Adolf Hitler və onun tədricən hakimiyyətə gəlməsi barədə də danışıb. Paşinyan bildirib ki, Hitler hakimiyyətə gələndən dərhal sonra “qılıncını çəkməyib və yəhudiləri küçələrdə təqib etməyə başlamayıb”.
Məktubu imzalayanlar arasında Hollandiyanın baş ravvini Binyomin Jacobs və Budapeştdən (Macarıstan) Baruch Oberloander də daxil olmaqla, Avropanın digər nüfuzlu ravvinləri də var.
“The Times of İsrael” yazır ki, illik 56 milyard dollarlıq ümumi daxili məhsul (ÜDM) olan neftlə zəngin Azərbaycan ÜDM baxımından Ermənistandan dörd dəfədən çox üstün mövqeyə sahibdir. Ancaq Avropa İttifaqı, ABŞ və onun hüdudlarından kənarda nisbətən güclü erməni lobbisi var.
Azərbaycan İsrailin müttəfiqi və yəhudi dövlətinin əsas neft tədarükçüsüdür. Azərbaycan rəsmiləri tez-tez bəyan edirdilər ki, onların ölkəsində antisemitizm yoxdur və Azərbaycan Holokostu orta məktəb şagirdləri üçün tədris planına daxil edən ilk müsəlman ölkəsidir. Azərbaycan həm də İsrail silahlarının əsas alıcısıdır.
Azərbaycan rəsmiləri tez-tez altı milyona yaxın yəhudinin həlak olduğu Holokostu 1992-ci ildə mülki azərbaycanlılara qarşı Xocalı qətliamı ilə müqayisə edirlər. Azərbaycan hökuməti bildirir ki, erməni hərbçilərinin törətdiyi bu vəhşilikdə 613 nəfər həlak olub...
Elbəyi Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi