Bloger döyülüb, yoxsa...? - Hər iki tərəf silahlı təhdid və şantajdan danışır (VİDEO)
18-09-2023 [11:09]
Azinforum.az xəbər verir ki, “Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, “Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib.
O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.
Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “Theone..550” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr “atıb”. Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.
Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Eyni zamanda bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli ölkədən qaçıb. Təəssüflər olsun ki, bu məsələni dəqiqləşdirmək üçün İlham Qədimbəyli ilə əlaqə yarada bilmədik.
Azinforum.az olaraq, onun da mövqeyinə yer verməyə hazırıq. Xanım bloggerin sensasion çıxışının videosunu təqdim edirik:
Videoda adı çəkilən iş adamı İlham Qədimbəyli mediaya bildirib ki, deyilənlər tamamı ilə cəfəngiyat və şər-böhtandır. Fidan adlı şəxslə “TikTok” vasitəsi ilə tanış olub. Onlar sözü gedən platformada oyunlar oynayıblar: “Mən hər zaman ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra məni şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Mən bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm.” kimi cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O, məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqirlər edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hal-hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Bu gün yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm.
“”TikTok” adı Fidan, rəsmi adı isə Çinarə Quliyeva olan xanım bildirdi ki, onda mənim şəkillərim var, istədiyi pulu verməsəm, mənim şəkillərimi paylaşacaq. Mən ailədə elə tərbiyə görməmişəm ki, kimliyindən asılı olmayaraq hansısa xanıma əl qaldırım, silah çəkim. İndi hansı zamanda yaşayırıq ki, kimsə üzərində silah gəzdirsin və bunu da gecə-gündüz vətən keşiyini qoruyan polislərimiz bilməsin və yaxud da görməsin. Bir daha deyirəm, deyilənlər mənə qarşı şər və böhtandır. Bu mənim və mənim tanınmış iş adamı olan qohumlarıma qarşı təxribatdır. İnanıram vicdanlı media nümayəndələri də buna imkan verməyəcək. Bütün bu olanları araşdırıb, cəmiyyətmizə sağlam xəbəri çatdıracaqlar. Vicdanlı jurnalistlər araşdırma aparsalar bir çox qaranlıq məqamlar üzə çıxacaq və məlum olacaq ki, bu şəxs təkcə mənə qarşı deyil, məndən başqa şəxslərə qarşı da dəfələrlə bu cür şər-böhtan, şantaj kampaniyalarından istifadə edib.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi