02-06-2014 [00:11]
Britaniyanın "The Economist İntelligence Unit" araşdırma şirkəti ("Economist" jurnalının analitik bölməsi) dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb.
2014-cü il üçün ərzaq təhlükəsizliyi hesabatı 109 ölkəni əhatə edir. Sənəddə deyilir ki, ərzaq təhlükəsizliyi dövlətin sosial-iqtisadi inkişafının ən başlıca göstəricilərindən biridir. Hesabat müəllifləri "ərzaq təhlükəsizliyi" deyəndə bütün insanların hər an onların gündəlik sağlam və aktiv həyat tərzi keçirməsinə ye-təcək qədər keyfiyyətli və qidalı ərzağa çıxış imkanlarını nəzərdə tutur.
Hesabata daxil edilən ölkələr üç kateqoriya üzrə təhlil olunub: ərzaq məhsullarının insanlar üçün nə dərəcədə əlçatan olması, kifayət qədər ərzaq məhsullarının mövcudluğu və ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik səviyyəsi.
Hesabat hazırlanarkən beynəlxalq təşkilatların və milli institutların məlumatlarından istifadə olunub.
Sənəddə deyilir ki, dünyada ərzaq təhlükəsizliyi sahəsinə liderlik edən ölkə ABŞ-dır. ABŞ-ın əsas üstün-lüyü onun iqtisadi dayanıqlı olmasında, əhalinin yüksək gəlir səviyyəsində, kənd təsərrüfatının və loqis-tikanın inkişafında, insanların istədikləri vaxt keyfiyyətli və təhlükəsiz qidalar əldə etmək imkanlarının olmasındadır.
ABŞ-dan sonra Avstriya və Niderland gəlir. İlk onluqda Ќorveç, Sinqapur, İsveçrə, İrlandiya, Kanada, Almaniya və Fransa yer alır. Rusiya isə Türkiyə və Venesuelanın arasında yerləşir və 40-cı pilləni tutur. Azərbaycan 109 ölkə arasında 62-ci yerdədir. Onun "qonşuları" Boliviya və Hondurasdır. Ərzaq təhlükəsizliyi sahəsində ən bərbad vəziyyətin hökm sürdüyü ölkələr Burundi, Çad, Madaqaskar, Toqo və Konqodur.
Qeyd edək ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi Dövlət Proqramı mövcuddur və bu sahədə göstəriciləri yaxşılaşdırmaq üçün hər il kənd təsərrüfatına yüz milyonlarla manat subsidiya verilir. Lakin kənd təsərrüfatına ayrılan yardımların təyinatı üzrə xərclənməməsi və bu sahədə hökm sürən korrupsiya ərzaq təhlükəsizliyi sahəsində inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşmağa mane olan əsas amillərdən biridir.

İqtisadçı-ekspert Məhəmməd Talıblı "Reytinq"ə deyib ki, Britaniyanın "The Economist İntelligence Unit" araşdırma şirkəti dünyada çox populyar hesabat və tədqiqatları ilə məşhurdur. Onun sözlərinə görə, dünyada bu araşdırma mərkəzinə olan yüksək reputasiyanın kökündə peşəkarlıq və obyektiv mövqe durur. Eyni zamanda, dünyada çoxlu sayda tədqiqat qrupları və media qurumları bu hesabatlara daha çox istinad edirlər.
M.Talıblı qeyd edib ki, ərzaq təhlükəsizliyi kimi strateji hədəflərdən birinin həllinə nail olmaq istəyən Azərbaycan üçün əsas imkanlardan biri qlobal miqyaslı təşkilatlarla əməkdaşlıqdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi bunun üçün başlanğıc addımlar da atıb: "Hətta 18 il bundan öncə Azərbaycan beynəl-xalq konvensiyalara qoşulması ilə bağlı (1996) üzərinə öhdəlik götürüb. Həmin il "Dünya ərzaq təhlükəsizliyi haqqında Roma Bəyannaməsi" adlanan sənədə 173 iştirakçı ölkə qoşulmuşdu. Bu sənəddə ölkəmiz əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində qlobal miqyasda səylərinin davam etdi-rəcəyini bəyan edib. Demək, beynəlxalq konvensiyalara qoşulan Azərbaycan eyni zamanda, dünyada ərzaq təhlükəsizliyi ilə bağlı reytinq cədvəllərində və hesabatlarda layiqli yer tutması üçün çox ciddi çalışmalıdır".
İqtisadçı-ekspert mövcud vəziyyəti qiymətləndirmək üçün iki hesabatı xüsusilə qeyd edib: "Hər iki he-sabat son 1-2 ili əhatə edir. Bunlardan biri "Economist İntelligence Unit" araşdırma mərkəzinindir, digəri isə Qlobal Qida Təhlükəsizliyi İndeksi üzrə hesabat adlanır. Ərzaq təhlükəsizliyinin səviyyəsini müəy-yənləşdirmək məqsədilə 2012-ci ildə İngiltərədə dünya ölkələri üzrə reytinq cədvəli açıqlandı. London-da yerləşən "Economist İntelligence Unit" araşdırma mərkəzi ərzaq təhlükəsizliyinin hesablanması üçün bir neçə indikatordan istifadə etmişdir: ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsul-larla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa investisiya".
M.Talıblı bildirib ki, reytinq cədvəlində daha öncül yerləri ABŞ, Danimarka və Fransa tuturdu. Azərbay-can isə 105 ölkə arasında 67-ci yerdə qərarlaşırdı: "Hesabatda Azərbaycanda ərzaq təhlükəsizliyinə dair bir neçə zəif cəhətlər qeyd edilmişdi. Bu cəhətlər içərisində kənd təsərrüfatı sahəsində elmi-tədqiqat-lara xərclərin azlığı, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, siyasi sabitlik, demokratiya məsələlərində əskik-liklər, ümumi daxili məhsulun adambaşına düşən həcminin kiçikliyi vurğulanmışdır. Ərzaq təhlükəsizlik probleminin həlli yollarının yaxşılaşdırmasından biri də Qlobal Qida Təhlükəsizliyi İndeksində önəmli ye-rin tutulmasından ibarət olmalıdır. 2013-cü üçün hazırlanmış hesabatda Azərbaycan "qismən yaxşı ölkə-lər" sırasında yer alıb".
Ekspert onu da qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığa nail olmaq lazımdır. Onun fikrincə, əgər Avropa ölkələri ilə mü-qayisə aparsaq, məlum olacaq ki, bizdə məhsuldarlıq onlardan ortalama 2 dəfə geri qalır: "Avropa ölkə-lərində pomidorun məhsuldarlığı ortalama 80 kq olduğu halda, Azərbaycanda bu göstərici 30 kq səviy-yəsindədir. Ümumiyyətlə, postsovet respublikalarında məhsuldarlığın aşağı olması bir faktdır. Digər tə-rəfdən, ölkələrin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsi və onun keyfiyyətinin yüksəldilməsinə xüsusi ehtiyac var. Məhz ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsi və məhsuldarlığının yüksəlməsi hesabına ölkə əhalisinin ərzaq məhsullarının idxaldan asılılığının azalmasına nail olmaq mümkündür. Bunun üçün bizdə bir neçə vacib resurs mövcuddur. Bunlardan önəmlisi ölkənin məşğul əhalisinin 38 faizə yaxınının məhz kənd təsərrüfatı sektorunda çalışması və müəyyən vərdişlərinin mövcud olmasıdır.
Digər resurs ölkənin maliyyə imkanlarının geniş olmasını (strateji valyuta ehtiyatlarının, artan neft pulları) göstərmək olar.
Üçüncüsü, regional və dünya bazarına çıxış imkanlarının əlverişli olması və s. kimi amilləri qeyd edə bilə-rik.
Maliyyə resurslarından söz düşmüşkən, qeyd edim ki, təkcə son 7 ildə 1 milyard manata yaxın olan kre-dit resurslarının 70 faizə yaxını Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə aqrar sektora yönəldilib. Am-ma hələ də bu sahədə ciddi irəliləyişə nail olunmayıb".
Müsahibimiz deyir ki, ümumiləşmiş qaydalara görə, ərzaq məhsullarının 80 faizindən çoxu idxal hesabı-na formalaşırsa, bu, olduqca təhlükəli hal sayılır və bu hal ölkənin ərzaq təhlükəsizliyinin pisləşməsin-dən xəbər verir. Onun qənaətincə, bu qaydanın Azərbaycan kontekstində müqayisəsinə baxsaq, mən-zərə təxminən aydın olar. Çünki Azərbaycanda ərzaq məhsullarının idxaldan asılılığının ildən-ilə artması bir faktdır: "Hətta bir çox hallarda səhihliyi şübhə doğuran Dövlət Statistika Komitəsinin məlumatı möv-cud vəziyyətin necə olduğunu bizə deyir. 2012-ci ilin statistikasına görə, Azərbaycanın buğdadan idxal asılılığı 43 faiz, kərə yağından 70 faiz, düyüdən 88 faiz, şəkərdən 97 faiz, çaydan 35 faiz, bitki yağından isə 58 faiz təşkil edir. Ən çox istehlak etdiyimiz məhsullar üzrə ortalama idxal asılılığı 50-60 faiz civarındadır. Halbuki, ərzaq təhlükəsizliyinin həlli üçün hələ 13 il bundan öncə dövlət proqramları da qəbul edilmişdir. Ona görə, ərzaq təhlükəsizliyi probleminin həlli üçün ikinci mərhələ hesab olunan 2008-2015-ci illər üzrə Dövlət Proqramının effektiv həyata keçirilməsinə nail olmaq lazımdır. Proqram üzərində nəzarət mexa-nizminin təkmilləşməsi üçün daha dərindən işləmək lazımdır. Hədəf olaraq ölkədə əhalimizin gündəlik ərzaq istehlakının 70-80 faizinin daxildəki sahibkarlar tərəfindən istehsal edilməsinə nail olunmalıdır. Ərzaq təhlükəsizliyinin əsasən kənd təsərrüfatı məhsullarının yerli istehsalının artırılmasından keçdiyini nəzərə alsaq, o zaman bu sahədə bir neçə vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini həll etməliyik. Yəni, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, əkin üçün əlverişli torpaq sahələrinin yararlı hala gətirilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya sis-temlərinin təkmilləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Xarici amillər sıra-sında ərzaq təhlükəsizliyinin həlli istiqamətindən biri də ÜTT-a üzvlük məsələsinin həllinə nail olmaqdır. Burada inteqrasiya naminə üzvlükdən söhbət getmir. Üzvlüklə bağlı bu danışıqlarda daha sərfəli şərtlər və hazırlıqlar mühüm rol oynamalıdır. Amma bu şərtlərin əlverişli olmasına nail olmaqla bərabər, prosesi sürətləndirmək lazımdır. Bu astagəllik və ləng fəaliyyət hər gün ölkəmizdə ciddi iqtisadi uğurlara aparan iqtisadi islahatların önünü bağlayır".

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli isə bildirib ki, Britaniyanın "The Economist İntelligence Unit" araşdırma mərkəzinin ərzaq təhlü-kəsizliyi reytinqi ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırıl-ması meyarlarına əsaslanır: "Azərbaycanın aqrar sahədə bir sıra güclü cəhətlərinin olması da şəksizdi. Bununla belə, həmin hesabatda adambaşına düşən ümumi daxili məhsulun həcminin kiçikliyi, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqatlara xərclərin azlığı və sair bu ki-mi məsələlər zəif cəhətlər kimi göstərilib. Əvvəlcə, həmin göstəricilərlə bağlı fikrimi bildirmək istərdim:
1. Azərbaycanda adambaşına 6207 manatlıq (7913 dollarlıq), alıcılıq qabiliyyəti paritetinə görə isə BVF-in hesablamalarına görə 11 min, Dünya Bankının hesablamalarına görə isə 16 min dollardan artıq ÜDM is-tehsal olunmaqla dünyanın 181 ölkəsi arasında 66-cı yeri tuturuq, MDB-də isə Rusiya və Qazaxıstandan sonra üçüncüyük.
Doğrudur, bizim 50 milyard dollardan artıq valyuta ehtiyatımız olduğundan, ərzaq sarıdan problemimiz ola bilməz. Amma bunun etibarlı yolu yerli istehsaldır. Əgər son 10 ildəki irəliləyişimizin sürətini bundan sonra da saxlaya bilsək, ildə orta hesabla 8-10 faiz artıma nail olmaqla orta perspektivdə Azərbaycan adambaşına düşən ümumi daxili məhsul göstəricisinə görə dünyanın öndə gedən 50 ölkəsi siyahısına düşə bilər. Bu isə ərzaq təhlükəsizliyimiz üçün, hər bir ölkə vətəndaşının rifahı baxımından güclü maliy-yə təminatı yaradar.
2. Həmin hesabatda deyildiyi kimi, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu sahəsində problem yoxdur, bizdə bu sahədə kifayət qədər əhatəli konsepsiya və proqram var. Həmin proqram üzrə xeyli iş görülüb, amma onun bəzi bəndlərinin gerçəkləşməsi sahəsində işlər, xüsusən də proqramda əsas hədəflər olaraq nəzərdə tutulan aqrar sektorda əmək məhsuldarlığı-nın artırılması və idxalı əvəz edən yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi he-sabına idxalın azaldılması məsələləri bir sıra məhsullar üzrə reallaşsa da, taxıl və taxıl məhsulları üzrə proqnoz sürətləri ilə müqayisədə ləngiyir. Həmin sahələrdəki ləngimələrin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinə ehtiyac var.
3. Ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, Azərbaycanda ailələrin istehlak xərclərinin 42 faizə qədəri ərzağa sərf olunur. Əvvəlki illərlə müqayisədə bu göstərici xeyli yaxşılaşsa da, Azərbaycan kimi yüksək potensiallı ölkə üçün 42 faiz məqbul hesab oluna biləcək göstərici deyil və aztəminatlı təbəqələrin istehlak xərclərində ərzağa xərc-ləmələrin payı bundan da çoxdur. Ona görə də ölkədə əmək məhsuldarlığının artım templərini yüksəltməklə qazanılmış əmək haqqının da artım templərini yüksəldib, ailələrin istehlak xərclərinin ərzağa sərf olunan hissəni 25 faizə qədər aşağı salmaq olar.
4. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqatlara xərclərin azlığı isə reallıqdır. Ölkədə aqrar sahə üzrə 26 elmi-tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin strukturuna daxil olan 13 elmi-tədqiqat institutu, "Araz" Elm İstehsalat Birliyi, 8 regional aqrar elm mərkəzi və elmi-tədqi-qat institutlarının 40-a yaxın təcrübə-istehsalat bazası fəaliyyət göstərir. Bazar iqtisadiyyatının tələbləri-nə və beynəlxalq standartlara cavab verən elmi nəticələrə nail olmaq üçün həmin institutlar normal iş şəraiti, müasir laboratoriya, cihaz və avadanlıqlar, yüksək səmərəli kənd təsərrüfatı texnikası və digər maddi-texniki vasitələrlə təmin olunmalıdır. Bu sahə obyektiv tədqiqat və monitorinqlər vasitəsilə də-rindən araşdırılmalı, aqrar sahənin daha prioritet hesab olunan sahələri üzrə elmi-tədqiqat işlərinin ge-nişləndirilməsinə və dərinləşdirilməsinə dövlət vəsaiti, həm özəl bölmənin vəsaiti, həm elmlə əlaqəli fondların, həm də xarici mənbələrin hesabına maliyyə təminatı gücləndirilməlidir. Bu işdə həm Elmlər Akademiyası, həm sahə institutları, həm də QHT-lər fəal iştirak etməlidir. Beynəlxalq səviyyədə işlədilən meyarlara görə, əgər istehlak olunan ərzağın 50 faizdən çoxu idxal hesabına həyata keçirilirsə, bu, həmin ölkə üçün kritik həddi keçməklə iqtisadi təhlükəli hal hesab olunur".
Əli Məsimli bildirib ki, Azərbaycanda ərzaq idxalına dair bir-birinə zidd müxtəlif göstəricilər olsa da, onların heç birini xtırlatmaq istəmir: "Amma aydın görünən odur ki, Azərbaycan bir çox ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, hətta bəzi məhsulların xarici ölkələrə ixracını həyata keçirir. Azərbaycan bir sıra kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünü yetrincə təmin etsə də, ölkəmiz üçün strateji önəm daşıyan taxıl və taxıl məhsullarının, xüsusən də çörəkbişirməyə yararlı unun bir hissəsini hələ də xaricdən gətiririrk. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının artırılması nəzərdə tutulmuşdur. Tədqiqatlar göstərir ki, aq-rar sahədə islahatların ikinci mərhələsinin dərinləşdirməklə, hər il kənd təsərrüfatına 500 milyon manat, torpaqların şorlaşmadan, erroziyadan və digər mənfi meyllərdən təmizlənməsinə isə 200-250 milyon manat sərmayə qoymaqla, 5-6 il ərzində Azərbaycanda ildə indikindən 2 dəfə yüksək templə, yəni 8 faiz templə artan rəqabət qabiliyyətli kənd təsərrüfatı yaratmaq olar. Eyni zamanda səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə ölkədə ərzaq məhsullarının istehsalında artıma, hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə nail olmaq mümkündür. Bununla paralel olaraq, geni modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının Azərbaycana gətirilməsinin qarşısını alan etibarlı mexanizm yaradılmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi