Şabrandan "Azərsu" rəhbərliyinə etiraz

img

01-06-2014 [17:27]


Şabran şəhərində suyun verilməsi ilə bağlı ciddi problem yaranıb. Bu barədə MİA-ya rayon sakinləri məlumat veriblər. 

Sakinlər bildirirlər ki, artıq neçə müddətdir ki, suya həsrət qalıblar: "Cənab prezident İlham Əliyev Şabrana səfəri zamanı yerli sakinlərin problemi ilə maraqlandı, neçə vacib müəssisənin açılışını elədi. Səfər zamanı rayonun su təchizatının yaxşılaşdırıldığı bildirildi. Ancaq prezident rayondan gedəndən sonra sular kəsildi. İndi bu istilərdə susuz qalmışıq. "Azərsu” ASC-nin rəhbərliyinə müraciət edib deyirik ki, Şabranda suyun gəlməsi üçün prezident hər gün bura gəlməlidir? Burdan "Azərsu” ASC rəhbərinə səslənirik ki, insanları da, prezidenti də aldtmaq lazım deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA