Pozalar; - İqbal Orucov yazdı

img

01-06-2014 [15:09]


Onların da başqaları kimi iki əli,  iki ayağı var. Onlar da, yeyir-içir, nəfəs alır. Ancaq bütün bunlar hiss olunmur. Çünki onlar, insan deyil, Pozalardır. Hər addımları, danışıqları, səsləri, hərəkətləri ölçülüb- biçilib və yalnız zahiri effekt, ətrafa təsir üçündür. 

Qeyd etmək lazımdır ki, onlar  bu sahədə az uğur qazanmayıblar. Bəzi maymaqlarda güclü təsir buraxaraq, hətta yüksək vəzifələr tuta da bilirlər. Onlar  demək olar ki, parazitdirlər.  

Heç nə yaratmasalar da, etməsələr də özlərini  persona kimi apara bilirlər. Heç kimə heç bir xeyirləri dəyməsə də,  danışıq tərzi ilə maymaqları aldadaraq məhdud dairədə də olsa, nüfuz və təsir qazana bilirlər. Onlar  heç nə yarada bilməsələr də, ortababdan da aşağı olsalar  belə, özlərini” yaradıcı”, "istedadlı” kimi göstərməyi bacarırlar.

Pozalar "qabiliyyət”ləri sayəsində istedad və bacarıqlılar haqqında həlledici  söz demək səlahiyyətinə də malik olurlar. Heç zaman heç kəsi, heç nəyi bəyənmirlər. Heç vaxt heç bir uğura sevinməzlər. Heç zaman heç nədən xoşlanmazlar.

Onlar tənqid də edir, amansız da olurlar. "Sərt həqiqət” donu geyərək həmişə hər şeydən, hamıdan narazı qalırlar. Onları qınamaq da olmaz. Çünki bu da onların yaşamaq uğrunda "mübarizə”sidir. 

Poza, bu "yaradıcılıq” parazitlərinin çörək ağacıdır.

İqbal Orucov


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA