"Qara maskalı"lar Şeyxin nümayəndəsini apardı, nurçu "ovu" davam edir

img

31-05-2014 [21:37]


Ölkədə  "nurçu ovu” Qafqaz Müsəlmanları İdarəsinin imamlarına çatıb.


Mia.az Azerinfo.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları nurçularla imamların əlaqəsini araşdırır: "Bu sabah QMİ-nin Ağsudakı nümayəndəsi Nurəddin İslamovun "qara maskalı"lar tərəfindən aparıldığı xəbəri var. Həm də Ağsu şəhər "Nuran Xatun” adına məscidin imamı və dini icmasının sədri olan Hacı Nurəddin İslamov nurçulara şərait yaratmaqda ittiham olunur. Onun həbs olunduğu, yaxud istintaqa şahid qismində ifadə vermək üçün aparıldığı barədə hələlik dəqiq məlumat yoxdur. Bilinən odur ki, o, səhər iş yerinə gələrkən göz altına alınıb".


Xatırladaq ki, bir neçə gün öncə, onun oğlunun nurçu lider Mustafa Sunqurun tərəfdarları ilə bir yerdə həbs olunub, azyaşlı olduğu üçün izahat alınaraq buraxıldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, N.İslamov nurçulara şərait yaratmaq üçün onlardan hər il külli miqdarda "hörmət” alır.


Məsələyə münasibət bildirmək üçün QMİ-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Sualımızı dinlədikdən sonra özünü təqdim etməyən mətbuat xidmətinin əməkdaşı "bu barədə bizdə məlumat yoxdur” deyərək, telefonu bağladı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA