31-05-2014 [12:42]
"Bəri başdan deyim ki, Allah onun balalarını saxlasın, onu heç vaxt darda qoymasın. Gecə saat 12-də o Mətanətə deyib ki, 15 dəqiqəyə evdən çıxmasan, səni tutacaqlar”.
Bunu Rauf Mirqədirov məsələsində istintaqa şahid qismində ifadə verdikdən sonra həbs olunmaq təhlükəsi ilə ölkəni tərk edən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın anası Mirvari Qəhrəmanlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun son açıqlamasına münasibət bildirərkən aktual.az-a deyib.
Məlumat üçün qeyd edək ki, Eldar Sultanov açıqlamasında deyib ki, Mətanət Əzizovanın ölkəyə qayıdacağı təqdirdə həbs ediləcəyi ilə bağlı yayılan informasiyalar həqiqətəuyğun deyil. O, virtualaz.org saytına bildirib ki, M. Əzizova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun barəsində başlanmış cinayət işi üzrə şahid qismində dindirilib və sərbəst buraxılıb. Lakin bundan sonra o, Leyla Yunusun bilavasitə təhriki ilə respublikanı tərk edib. Burada L.Yunusun əsas məqsədi istintaqın normal gedişatına mane olmaq və istintaqı tamamilə başqa istiqamətə yönəltməkdir.
Mirvari Qəhərmanlı isə bildirir ki, Mətanət Əzizova ölkəni tərk etməsəydi, həbs ediləcəkdi: "Mən 20 ildir jurnalistlərlə təmasda olan insanam, yalandan, biclikdən də xoşum gəlmir. Mən mayın 2-də İndoneziyaya konfransa uçmuşam. Bundan sonra nə qədər cəhd eləsəm də Mətanətlə əlaqə saxlaya bilmədim. Sonra mənə xəbər elədilər ki, Mətanət ölkədə yoxdur. Bu xəbəri alan kimi məni insult vurdu. Sonra birtəhər əlaqə yaratdıq. Mətanət də həbs ediləcəyi ilə bağlı xəbəri alan kimi tələm-tələsik evi tərk edib. Səhər də evi mühasirəyə alınanda sübut olundu ki, onun evi tərk etməsi təsadüfi deyilmiş. Namaz əhliyəm, oğlum, Allahıma and olsun ki, qızım düz deyir. Prokurorluqdan da mənə başqa birisi ilə xəbər çatdırıblar ki, nə Mətanətə, nə də ailəsinə heç nə olmayacaq. Əgər sən mənə İndoneziyaya zəng edib mənim övldadımın təhlükəsizliyinə qarant verirsənsə, bəs ayın 3-də evin mühasirəyə alınması hansı məntiqə uyğun gəlir? Evdə nəvəmə aid kompüteri belə götürüblər. Nə qədər yalvardım ki, verin kompüteri, amma 20 gündür vermirlər. Sən əgər xüsusi məqsəd tutmamısansa, bəs mənim nəvəmlə, kürəkənimə niyə qadağa qoymusan?”
Mirvari Qəhrəmanlı Mətanət Əzizovanı həbs təhlükəsi ilə bağlı xəbərdarlıq edən edən şəxs barəsində danışdı və qızının Leyla Yunusun təhriki ilə ölkəni tərk etməsinə də aydınlıq gətirdi: "Onu Leyla Yunusun ölkədən çıxartmasına gəldikdə bu da doğru deyil. Çünki Mətanət evdən çıxanda Leylaya xəbər göndərməyə zamanı belə olmayıb. Leyla yalnız qızıma Avropadakı əlaqələri ilə kömək olub. Mətanət Gürcüstana gecə elə bir tərəfdən getdi ki, özü də Allah ona kömək olsun, hardan keçmək lazımdır oranı da deyib Mətanətə. Qızım qanuni olaraq sərhəddən keçib. Yəni burda qanunsuz heç nə olmayıb. Mətanətə yardım edən insan da hüquq-mühafizə orqanlarında çalışmır, amma o, vəzifəcə kiçik insan da deyil. Özü də o mənim uzun müddətdir ki, dostumdur. Mənim bu hökumət qurumları içində o qədər mərd dostlarım var. Mənim ölkəmin imicinə ziyan vuran bu istintaq qrupudur. Xəbər göndəriblər mənə, amma mən gördüm ki, bu insanlara inanmaq olmaz. Tezliklə ailəm ətrafında bu qorxulu kabusun bitməsini arzulayıram. Qızım da vətənə qayıdıb ailəsinə qovuşmaq istəyir”.
Xatıradaq ki, M.Əzizova dünən mətbuata açıqlama verərək həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkədən getdiyini açıqlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi