Zakir Həsənov əmr verdi, general məsləhətçi oldu

img

31-05-2014 [11:54]


"General Çingiz Məmmədov Müdafiə nazirinin Məsləhətçilər Şurasına məsləhətçi təyin edilib”.

 

Bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

 

O, Çingiz Məmmədovun yaxın zamanlarda Hərbi Prokurorluğa çağırıla biləcəyini söyləyib:

 

"Çingiz Məmmədovun məsuliyyətə cəlb edilmə ehtimalı çox böyükdür. Məndə olan məlumata görə, onu Müdafiə nazirinin Məsləhətçilər Şurasına məsləhətçi təyin edilib. Bildiyim qədərilə, o, hətta ordudan da təxris edilib. Doğrusu, ona general olduğu üçün müəyyən istisnalar tətbiq edildiyini anlayıram, ancaq Ç.Məmmədovun ordumuzun və Müdafiə Nazirliyinin imicinə müsbət təsir göstərdiyini düşünmürəm. Əslində, bu, əksinədir. Ali Hərbi Məktəb, Təlim Tədris Mərkəzi Çingiz Məmmədovun kurasiyasında olduğuna görə, düşünürəm ki, yaxın müddətdə polkovnik Mirzəli Yusifovun işi ilə bağlı Hərbi Prokurorluq ona da müəyyən suallar ünvanlayacaq”.

 

Qeyd edək ki, general-leytenant Çingiz Məmmədov bir müddət öncə Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.

 

Onu da xatırladaq ki, polkovnik Mirzəli Yusifov uzun müddət Ali Hərbi Məktəbin qərargah rəisi vəzifəsini icra edib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 


axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA