Mətbuat katibi niyə vəzifədən çıxarılıb?
11-09-2023 [17:52]
"Azərreyl” klubunun sabiq mətbuat katibi Təranə Cəfərova işdən çıxarılmasından narazıdır.
Mia.az bildirir ki, "Qafqazinfo”ya danışan keçmiş klub rəsmisi haqsız yerə komandadan göndərildiyini deyir.
O, şikayətində vəzifəsindən getməsi ilə bağlı ərizəni məcburi şəkildə yazdığını bildirib: "2017-ci ildən "Azərreyl Voleybol Klubu” MMC-də mətbuat katibi vəzifəsində çalışırdım. Bu ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) dəyişiklik oldu və prezident postuna Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov gəldi. Həmin vaxt klubun keçmiş prezidenti Dağıstan Hüseynov bizə bildirdi ki, federasiyanın rəhbəri göstəriş verib ki, bütün klublar sıfırlansın və işçilər hamısı işdən çıxarılsın. O həmçinin dedi ki, öz ərizəsi ilə işdən çıxanlar daha sonra yerinə qaytarılacaq. Kimsə çıxmasa, qalan əməkhaqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcək. Hamımız ərizə yazdıq. Amma biz işdən çıxanda klubun mühasibi, insan resursları üzrə mütəxəssis və komandanın meneceri yerində qaldı.
Biz ayrıldıqdan sonra məsələ uzandı və heç bir dəvət yox idi ki, qayıdın bura. Bu səbəbdən iyunun 6-da AVF-nin baş katibi Faiq Orucovla görüşdüm. O da mənə bildirdi ki, məsələdən xəbərdardır, amma 1-2 ay işimə qayıda bilməyəcəm. Bundan 1 ay sonra "Azərreyl”in yeni rəhbəri Orxan Kərimovla görüşdüm. Klub prezidenti bildirdi ki, mən hələ komanda yığıram, inzibati heyətə ehtiyacım yoxdur. Maraqlısı odur ki, inzibati heyət lazım olmayan komandada mühasib və insan resursları üzrə mütəxəssis niyə saxlanılır? Orxan Kərimovdan bunu soruşdum və həmin şəxsləri onun işdə saxlamadığını bildirdi”.
T.Cəfərova daha sonra AVF prezidenti, DGK rəhbəri Şahin Bağırovun qəbulunda olduğunu əlavə edib:
"Federasiya rəhbəri klubların sıfırlanması ilə bağlı göstəriş vermədiyini və məsələdən xəbərinin olmadığını bildirdi. Təəccüblü məqam odur ki, onun xəbəri olmadan, adından istifadə edərək kütləvi şəkildə insanları işdən azad edirlər. Heç bir səbəb olmadan, təzminat belə ödənilmədən, qanunsuz olaraq işdən çıxarılmağımdan, eyni zamanda artıq 3 aydır ki, yerinə yetirilməyən vədlərlə işə bərpa olmamağım haqqında məlumatları verdikdən sonra Şahin Bağırov AVF-nin Baş katibi Faiq Orucova məsələ ilə bağlı göstəriş verəcəyini dedi. Qəbuldan 10 gün sonra baş katiblə prosesin hansı mərhələdə olduğu ilə bağlı əlaqə saxlamağa çalışdım, lakin bu, mümkün olmadı. Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayevlə görüşmək üçün qurumun mətbuat katibi Şəfəq Kərimova ilə görüşdüm. Məsələni olduğu kimi çatdırıb Faiq Qarayevlə danışmaq istədiyimi bildirdim. Amma qəbula çağırılmadım. Şahin Bağırovun qəbulunda olmağımdan artıq 1 aydan çox vaxt keçib və hələ də məsələ öz həllini tapmayıb”.
Şikayətlə əlaqədar "Azərreyl”in prezidenti Orxan Kərimov bildirib ki, vəzifəyə Təranə Cəfərova işdən çıxarıldıqdan sonra gəlib: "Mən iyunun sonlarında işə başlamışam, Təranə xanım isə aprel ayında işdən çıxarılıb. Ona görə də bir şərh verə bilmərəm. Həmin xanımla görüşmüşəm və bildirmişəm ki, komandanı yeni qurmağa başlayırıq. Klubda bu vəzifə isə hazırda boşdur”.
Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov isə deyib ki, məsələ klubun daxili işidir: "Biz onlara müdaxilə etmirik. Federasiyadan maliyyələşən klublar var. Hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilə sona çatdırılır və növbəti mövsüm yenisi bağlanır. Artıq "Azərreyl”də yeni rəhbər var. Heyəti o müəyyənləşdirəcək. Təranə xanım AVF prezidenti Şahin Bağırovun qəbulunda olub. Şahin müəllim də ona bildirib ki, məsələ araşdırılacaq. Araşdırıb məlumat vermişik. Yenə deyirəm ki, peşəkar olaraq klubların daxili işlərinə qarışa bilmirik. Klub rəhbərliyi özü hər kəslə görüşəcək”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi