General-mayor 6 ay əvvəl vəzifə, 1 ay əvvəl isə 1.2 milyonluq mənzil aldı - İDDİA

img

30-05-2014 [20:44]


Təxminən 6 ay bundan əvvəl qüksək vəzifəyə təyinat alan general-mayor rütbəli tanınmış şəxslərdən biri ilə bağlı maraqlı məlumat yayılıb.

Mia.az Azinform.az-a istinadən xəbər verir ki, Nərimanov metrostansiyasına yaxın ərazisində üç otaqlı mənzildə yaşayan general yeni təyinatdan qısa müddət sonra elə həmin ərazidə daha bir bahalı mənzil alıb. Lakin general maksimum dərəcədə bu informasiyanın gizli qalmasında maraqlı olub. Ən maraqlısı isə sonradan baş verib.

General yaşadığı kommunal şəraitin pis olmasından yuxarılara şikayətlənir. Nəticədə ona şəhərin mərkəzində başqa bir mənzil almağa icazə verilir. Hətta bu məqsədlə «ümumi katyol»dan generala pul da ayrılır. General isə bu məsələdə ətrafına böyük fırıldağ gəlir. Onun tikinti işlərinə baxan Eldar adlı şəxsə şəhərin mərkəzi hissəsində, bir binada, biri-birinə divar-divara bitişik olan  üç mənzil tapmaqla bağlı göstəriş verilir. Qısa müddətdən sonra, Eldar generalın tapşırığını layıqincə yerinə yetirməyi bacarır. «HYATT REGENCY BAKU» otelinin yaxınlığında olan İzmir parkına bitişik möhtəşəm binadan general üçün onun verdiyi sifarişin parametrlərinə uyğun 3 mənzil alınır.  Ümumi sahəsi 500 kvadarat metr olan mənzillərin hər kvadratı üçün 2500 manat ödənilir. Sadə riyazi hesablama aparmaqla görərik ki, general mənzil «probleminin» həlli üçün ümumilikdə 1 milyon 250 min manat pul ödəyib. Təbii ki, mənzillər generalın deyil, Rusiyada yaşayan bir qohumunun adına sənədləşdirilib. Bu genaralın 6 aylıq  məsrəfləri sırasından bizə bəlli bəlli olandı. Bizim üçün maraqlıdır 6 ay ərzində general bu qədər pulu hansı yolla qazana bilib. Bizə həmin generalın adı və evlərin kimin adına sənədləşdirilməsi də dəqiq məlumdur. Sadəcə, bəzi  rəsmi sorğularımıza cavab gözlədiyimiz üçün adları tam ictimailəşdirmirik.

bina


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA