Rusiya və Qərbin birgə "humanitar yardım" oyunu: “dostlar" niyə dalana dirənib?
10-09-2023 [23:26]
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri üçün yük daşıyan nəqliyyat vasitələrinin Xankəndinə keçidi hələ də yubanır.
Miaa.z xəbər verir ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin (ROSC) göndərdiyi yük maşını da hələ də Bərdədədir. Caliber.az məlumat verir ki, hadisələr cərəyan etdikcə, baş verənlərin aydın mənzərəsi ortaya çıxır.
Belə ki, Rusiya Qızıl Xaç Cəmiyyəti qeyri-rəsmi kanallar vasitəsilə beynəlxalq tərəfdaşların təzyiqləri barədə məlumat verir, eyni zamanda Qarabağda kiçik bir qrup insanın “narazılığını” bildirir.
Nəticə etibarı ilə Qərb Ağdam və Laçın marşrutlarının “eyni vaxtda” açılmasında israr edir, Rusiya tərəfi isə yükün guya “Qarabağ erməniləri tərəfindən buraxılmadığını” iddia edir. Bütün bunlar onu deməyə əsas verir ki, Moskva ilə Qərb arasında Azərbaycanın maraqları bahasına hansısa “oyun” gedir.
Ağdam marşrutunun işləməsi ilə bağlı presedent bizim tərəfdaşlarımızın əksini bəyan etmələrinə baxmayaraq, onları son dərəcə narahat edir. Aydındır ki, bu, nə Moskvanın, nə də Qərbin xoşuna gəlmir, lakin hər birinin öz səbəbləri var, baxmayaraq ki, onların bu konkret məsələdə maraqları üst-üstə düşür.
ABŞ və Rusiyadakı tərəfdaşların tamamilə əsassız gözləntiləri var idi ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yüklərinin Ağdamdan keçməsi ilə eyni vaxtda BQXK üçün Laçın yolu da açılacaq. Lakin bu “cəhd” nəticə vermədi, çünki bu yollar boyunca malların eyni vaxtda keçirilməsini nəzərdə tutan heç bir razılaşma olmayıb.
Rusiya Qızıl Xaç Cəmiyyətinin yükləri yalnız Ağdamdan, BQXK-nın yükləri isə Ağdam və Laçından eyni vaxtda keçməlidi. Və dünən rəsmi Bakının (Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin tvitində - Qeyd) Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır bəyanatı Moskva və Vaşinqtonun kartlarını kəskin şəkildə qarışdırıb.
Və ən pis “dostların” həyata keçirmək istədiyi bütün proses dalana dirənib... Artıq bu gün “Kommersant”da söz-söhbətlər dolaşır, orada erməni əsilli rusiyalı jurnalist diplomatik yolla Bakını öhdəliklərdən boyun qaçıran tərəf kimi qələmə verməyə çalışır. Lakin diplomatik prosesdən xəbəri olan bütün beynəlxalq oyunçular real vəziyyətdən xəbərdardırlar.
Eyni zamanda, rəsmi Bakı BQXK-nın avtomobillərinin Ağdam və Laçın marşrutları ilə eyni vaxtda getməsinə razılıq verib, BQXK-nın avtomobillərini istənilən vaxt buraxmağa hazır olduğunu bildirib. Lakin bundan imtina edən Qarabağ separatçılarıdır, bütün maraqlı tərəflər bunu çox gözəl bilirlər.
O ki qaldı Moskva və Vaşinqtona, əgər yuxarıda qeyd olunan yolların “eyni vaxtda” açılmasını ürəkdən arzulayırlarsa, o zaman Qarabağda keçirilən qanunsuz “seçkiləri” pisləməli, qanunsuz rejimin ləğvini tələb etməli, Ağdamdan malların keçirilməsini təmin etməlidirlər. Bu, istənilən bəyanatdan daha təsirli olacaq.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi