Rəsul Quliyevin partiyası qeydə alındı - Açıqlama
10-09-2023 [11:51]
Siyasilərin eks-spiker Rəsul Quliyevin partiyası deyə xitab etdikləri partiya da təkrar dövlət qeydiyyatına alınıb.
Mia.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu açıqlama yayıb.
O bildirib ki, dünən Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası ilə Gələcək Azərbaycan Partiyasının ofisinə “Siyasi Partiyalar Haqqında” qanunun tələblərinə uyğun olaraq rəsmi Partiyanın təqdim etdiyi reyestr məlumatlarının yoxlanılması ilə bağlı məktub daxil olub: "Rəsmi məktubda bildirilir ki, partiyamızın təqdim etdiyi reyestr məlumatları nəzərdən keçirilərək yeni qanunun tələblərinə uyğunluğu seçmə üsullarla yoxlanılmış və düzgünlüyü təsdiqlənmişdir. Bu münasibətlə Gələcək Azərbaycan Partiyasının bütün fədakar üzvlərini, başda Rasul Quliyev cənabları olmaqla səmimi qəlbdən təbrik edir, bu böyük - şərəfli yolda hər birimizə uğurlar diləyirəm.
Bu gün Gələcək Azərbaycan Partiyası ikinci dəfə siyasi dünyaya göz açmış oldu. Bu, ciddi bir məsələdir. Biz ilk dəfə (2020-ci ildə) 1400 üzv təqdim edərək dövlət qeydiyyatına alınmışdıq.
Yeni “Siyasi Partiyalar haqqında qanun” qüvvəyə mindikdən sonra isə ilk olaraq 5073 nəfərdən ibarət siyahı göndərmişdik. Ədliyyə Nazirliyi çox ciddi yoxlamalar apardı, bir sıra partiyalara, o cümlədən də rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasına da məlum siyahıda düzəliş edilməsi barədə məktub ünvanladı. Həqiqətən də çox səliqəli şəkildə siyahılar verildi. Sıralarımızda vəfat etmiş, yaxud başqa partiyaların üzvləri olan şəxslər, 18 yaşı tamam olmayanlar, adı təkrar qeyd edilmiş şəxslər var idi. Məktubu alan kimi təcili Komissiya yaratdıq, sənədləri üzləşdirdik, bir ay ərzində mümkün olan qədər, çatdıra bildiyimiz qədər üzləşmələr apardıq. Son olaraq 5788 nəfərin siyahısını Ədliyyə Nazirliyinə təqdim etdik. Nazirlik son düzəliş aparılmış reyestr məlumatlarını nəzərdən keçirib, bizə bu gün müvafiq yekun məktubunu göndərdi.
Hesab edirəm ki, bu gün bir daha təsdiq olundu ki, Ədliyyə Nazirliyinin və hökumətin bütün siyasi partiyalara münasibəti eynidir və adekvatdır".
Xatırladaq ki, Ədliyyə Nazirliyi dünən AXCP və Müsavatı da qeydə alıb.
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi